"Qalatasaray" Türkiyə Kuboku ilə vidalaşıb

 

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Qalatasaray" NEF stadionunda "Başakşehir"i qəbul edib. Rəqibinə 2:3 hesabı ilə uduzan "Cim-Bom" mübarizəni dayandırıb.

Matçda ilk qolu qonaqlar vurublar. Patrik Şiş 12-ci dəqiqədə hesabı açıb. Meydan sahibləri 20-ci dəqiqədə tarazlığı bərpa ediblər. Kaan Ayhan künc zərbəsi zamanı başla dəqiq oynayıb. 30-cu dəqiqədə Emre Belözoğlunun baş məşqçi olduğu kollektiv Daniel Aleksiçin qolu ilə yenidən önə keçib. 9 dəqiqə sonra 43 yaşlı mütəxəssis qırmızı vərəqə ilə texniki zonadan qovulub. 51-ci dəqiqədə "Cim-Bom"un heyətində Mauro İkardi hesabı bərabərləşdirib. Lakin 66-cı dəqiqədə daha bir dəfə fərqlənən Şiş komandasını yarımfinala daşıyıb.

Qeyd edək ki, "Başakşehir" finala gedən yolda "Ankaragücü" ilə qarşılaşacaq.

0.011474132537842