Hicabsız qadınlar ictimai nəqliyyata buraxılmır - FOTO

Hicabsız qadınlar ictimai nəqliyyata buraxılmır - FOTO
 

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Aprelin 4-də İsfahan şəhərində məcburi hicab qaydalarına riayət etməyən qadınların metroya girişinə icazə verilmədiyi bildirilir.

İsfahanda metro dayanacaqlarının girişində “Hicabsız şəxslərə bilet satılmayacaq” məzmunlu xəbərdarlıq bildirişləri yapışdırılıb.

Sosial media fəallarının verdiyi məlumata görə, bir neçə yerdə metroya buraxılmayan qadınlarla məmurlar və nəzarətçilər arasında insident yaşanıb.

Qeyd edək ki, İranda son etirazlar zamanı məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.

Etiraz aksiyalarının səngiməsindən sonra, xüsusən son günlər məcburi hicab qaydalarına riayət edilməməsinə görə onlarla iş yerinin fəaliyyətinə qadağa qoyulub.

0.011463165283203