Böyük Britaniyadan "TikTok"a milyonluq cəza

Böyük Britaniyadan
 

Böyük Britaniya "TikTok" sosial platformasını 12,7 milyon funt sterlinq (təxminən 26 milyon AZN) cərimələyib.

Paralel.az xəbər verir ki, bununla bağlı məlumatı Böyük Britaniyanın İnformasiya Komissarlığının Ofisi açıqlayıb.

Buna səbəb "TikTok"un azyaşlıların məlumatlarından sui-istifadə etməsinə yol verməsidir.

Bildirilib ki, Böyük Britaniyada 13 yaşdan kiçik 1,4 milyon uşaq qaydalara zidd olsa da, "TikTok"dan istifadə edib.

0.017981052398682