“Mənə görə, bu evlilik əvvəldən çox yanlış idi" - FOTO

 “Mənə görə, bu evlilik əvvəldən çox yanlış idi
 

Əməkdar artist Könül Kərimova boşanması ilə bağlı açıqlama edib.
Paralel.az yazır ki, 30 illik evliliyini bu yaxınlarda yekunlaşdıran Kərimova bu barədə bütün sualları “Günaydın, Azərbaycan!” verilişində cavablandırıb:

“Mənə görə, bu evlilik əvvəldən çox yanlış idi. Ailə quranda yaşım gənc olsa da, ilk gündən anlamışdım ki, evliliyimiz uzun müddət davam etməyəcək.Məncə yanlış evlilik bütün ömrün boyu uduzmaq deməkdir.Düşünürəm ki, xoşbəxt olmaq üçün heç daha başqa səbəblərim var.

Bəlkə də ona görə, ayrılıq mənə çox təsir etmədi. 30 illik evliliyimdə bir dəfə belə söz-söhbətimiz olmayıb. Ən əsası isə bizim ayrılmağımız qohumluq və dostluq əlaqələrimizə heç bir zərər vura bilmədi. Ailəm və qohumlarım bu fikrimizi normal qarşıladı.”

Qeyd edək ki, müğənni öz xalası oğlu ilə 30 il ailəli olub və bu evlilikdən iki övladı var. 

0.017422914505005