Cavidan Novruz: "Atamızın cənazəsinin bu cür adına layiq yola salınması bizə bəs etdi"

Cavidan Novruz:
 

Mərhum Xalq artisti Ramiz Novruzun ailəsi instaqramda canlı yayıma girərək bir çox sualları cavablandırıblar. 

"Paralel.az" xəbər verir ki, aktyorun qızı Şəfəq Novruzova atasının vida mərasiminin Akademik Milli Dram Teatrında keçirilməməsinin tənqid olunmasından danışıb. O, Xalq artisi Əli Nurun R.Novruzun nəşinin teatrdan götürülməməsini tənqid etməsinə münasibət bildirib:

"Əli Nur emosiyalarına qapılıb dedi ki, Ramiz Novruz niyə teatrdan götürülmədi? Bunu sevgisindən etdi. Xalqın sevgisi mənim üçün hər şeyə dəyər". 

R.Novruzun aktyor oğlu Cavidan Novruz isə bunun səbəbini açıqlayıb:

"O şəkildə vida edilməsi bizə bəs etdi. Bəzi öz mənafeyini güdənlər Ramiz Novruzun ailəsi kənarda qalıb, özləri danışır. Teatrdan götürülməməsinin səbəbini açıqlayım: Oranın aktyoruyam, bundan əvvəl də dünyasını dəyişən sənət adamları oldu ki, teatrdan götürülmədi. Pandemiya ərəfəsində buna qadağa qoyulub. Biz o tərəfləri düşünmürük. Atamızın cənazəsinin bu cür adına layiq yola salınması bizə bəs etdi. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Akademik Milli Dram Teatrı atam üçün əlindən gələni etdi. Hamıya təşəkkür edirəm".

Qeyd edək ki, Ramiz Novruz fevralda uzun sürən xərçəng xəstəliyindən sonra 67 yaşında dünyasını dəyişib.

 

0.014553070068359