"Qalatasaray" İkardini cəzalandıracaq?

 

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk futbolçusu Maura İkardi ilə görüşüb.

"Paralel.az" "baku.ws"-ə istinadən xəbər verir ki, o, görüş zamanı argentinalı hücumçunun "Adana Demirspor"a 2:0 hesablı qalib gəldikləri matçdan sonra etdiyi hərəkəti müzakirə edib.

Belə ki, argentinalı ulduz futbolçu görüşün 84-cü dəqiqəsində əvəzlənib.

O, ehtiyat oyunçular skamyasında əyləşmək əvəzinə birbaşa paltardəyişmə otağına yollanıb.

İkardi komandanın matçdan sonra qələbə sevincində iştirak etməyib və stadiondan ayrılıb.

Buruk məşq zamanı İkardi ilə bununla bağlı söhbət edib.

İkardi qol vurmadığı və hesabla bağlı stressdən əsəbi hərəkət etdiyini bildirib.

Qeyd edilib ki, "Qalatasaray" rəhbərliyi oyunçuya etdiyi hərəkətə görə hər hansı cəza tətbiq etməyəcək.

0.041134119033813