İbrahim Rəisi Səudiyyə Ərəbistanına gedəcək

İbrahim Rəisi Səudiyyə Ərəbistanına gedəcək
 

İran prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun ona Ər-Riyada səfər dəvətini qəbul edib.

Paralel.az “mehr”ə istinadən xəbər  verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Moxber təsdiqləyib.

O, səfərin tarixi barədə məlumat verməyib. 

Moxber həmçinin vurğulayıb ki, qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq İranın hazırkı hökumətinin “əsas strategiyalarından biridir”.

0.033205986022949