XİN başçısının müavini:
"Azərbaycan İtaliya üçün çox önəmli ölkədir"
"Paralel.az" "Report"-a istinadla xəbər verir ki, bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli aprelin 3-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.
Azərbaycan-İtaliya əlaqələrinin minilliklərlə yaşı olduğunu qeyd edən qonaq münasibətlərin kökünün hətta antik dövrlərə gedib çatdığını vurğulayıb.
Azərbaycanın İtaliya üçün çox önəmli ölkə olduğunu deyən Edmondo Çirielli Cənubi Qafqazda sabitlik baxımından ölkənin strateji əhəmiyyətini qeyd edib, Azərbaycanın regionda müstəqil və suveren siyasət apardığını vurğulayıb.
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini siyasi əlaqələrlə yanaşı, iqtisadi sahədə əməkdaşlığın da xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.