Əhali qaz limitindən necə istifadə edir?
Paralel.az xəbər verir ki, bu ilin yanvar-fevral aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 8,9%-i aşağı qaz istifadəsi limitini (1200 kubmetrədək) keçib.
Bunu İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib:
“Bu ayın 30-na olan məlumata görə, yeni ilimizin üç ayı ərzində abonentlərin 8,9%-i 1200-lük limiti keçib”.
Şahnaz