Niyə Avropa universitetlərinə çata bilmirik? - dos. İlham Əhmədov
Təhsil sistemində olan ciddi problemlərin biri də strateji planlama problemlərinin mövcudluğudur. 30 ildə təhsildə nə strateji planlama, nə də proqnozlaşdırma olmayıb, 1-2 yarımçıq strategiya olub, onlar da ala-yarımçıq icra olunub. Çünki, ölkə üzrə təhsil strategiyası hazırlaya bilən beyin mərkəzi də yoxdur.
Məhz təhsil sistemində strateji planlama və peşəkar kadrların yoxluğu səbəbindən ETN 20 ildir ki, distant təhsil sisteminin önəmini düz qiymətləndirə bilmir, ölkədə distant təhsil sistemini reallaşdırmaq istəmir.
"Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək Təhsil Nazirliyinin Prioritet vəzifəsi olmalıdır. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq.” ( Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev Bakı, 2006- cı il. ).
O vaxtdan çox sular axıb, çox nazir dəyişib, amma təhsildə az dəyişiklik olub. Olan dəyişiklik də Pandemiyanın hesabına oldu. İmkanları olsaydı, heç nəyi dəyişməzdilər.
2020-ci ildə Rusiyanın onlayn təhsil bazarı 1 milyard $ həcmində qiymətləndirilirdi. Bizdə isə onlayn təhsil bazarının maliyyə tutumunu hələ ki, heç kəs qiymətləndirməyib, çünki, bu təhsil formatı hələ yoxdur, formalaşmayıb. TN daim onun yaranmasına maneə yaradıb. Yaxın illərdə qlobal onlayn təhsil bazarının həcmi 400 milyard $, 2030-cu ildə 1 trilyon $ keçəcək. Bu gün qlobal onlayn təhsil platformalarının təxminən 200 milyon dinləyicisi var, bu say dünyada olan bütün tələbələrin sayı ilə müqayisə oluna bilən bir rəqəmdir.
Təhsilimizin sabahından Əmin deyiləm.
Çünki, təhsilimizin bu günü Əmin əllərdə deyil.
Təhsillə əlaqəli narahatlığa indi elm də əlavə edildi. Bu iki məsələ isə milli təhlükəsizliyin əsasıdır. Unutmayaq ki, bizdən fərqli olaraq düşmənlər bu sahələrə önəm verirlər.
Bu strateji sahələri naşı əllərə etibar etmirlər.
... Bizdən qabaqdadır avropalılar, işi peşakarlığına Əmin olduqlarına tapşırır onlar.
Məhz bu səbəblərdən bizim universitetlərimiz
SÜRƏTLƏ İNKİŞAF EDƏN AVROPA UNİVERSİTETLƏRİNƏ HEÇ CÜR ÇATA BİLMİRLƏR.
"Paralel.az"