Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb

Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb
 

Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Paralel.az APA-ya istinadən xəbər verir ki, bu barədə aktrisanın sənət dostu Turan Uğur məlumat verib.

Onun sözlərinə görə, Mehriban Zəkinin səhhətində problem yoxdur: "Artıq hər şey qaydasındadır. Özünü yaxşı hiss edir".

Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.

0.040530920028687