Alimlər etiraz etdi: “Dayandırılmasa, hökumət...”

Alimlər etiraz etdi: “Dayandırılmasa, hökumət...”
 

Mindən çox sahibkar və ekspert nüvə silahlarına bənzər bir profilaktik tənzimləmə edilənə qədər süni intellekt texnologiyalarının hazırlanmasında ən azı 6 ay fasilə verməyə çağırıb.

"Paralel.az" xarici KİV-ə istinadla xəbər verir ki, şağırış edənlər arasında  “Twitter”in baş direktoru İlon Mask və “Apple”ın həmtəsisçisi Stiv Voznyak da var.

Bu cür dizaynlar üçün təhlükəsizlik protokolları müstəqil ekspertlər tərəfindən hazırlanana, həyata keçirilənə və yoxlanılana qədər qabaqcıl süni intellekt araşdırmalarının dayandırılması tələb olunub.

"Həyatın Gələcəyi İnstitutu" tərəfindən nəşr olunan açıq məktubda süni intellekt texnologiyalarının cəmiyyət və bəşəriyyət üçün böyük risklər yarada biləcəyi vurğulanıb.
"Süni intellekt sistemləri yalnız onların təsirinin müsbət olacağına və risklərinin idarə edilə biləcəyinə əmin olduğumuz zaman inkişaf etdirilməlidir" - məktubda deyilir.

Tərtibatçı şirkətlər könüllü olaraq bu çağırışa qulaq asmasalar, dövlətlərin prosesə müdaxilə etməli olduğu fikri müdafiə edilib.

Mütəxəssislərin “OpenAI”un süni intellektə əsaslanan “Chat-GPT” chatbotunun 4-cü versiyasını işə saldıqdan sonra çağırış edib.

Mahnılar bəstələyən, insan nitqini təqlid edərək söhbət edə bilən, uzun sənədləri ümumiləşdirən və orijinal məzmun hazırlaya bilən “Chat-GPT”nin bacarıqları bəziləri tərəfindən qorxulu, bəziləri isə sivilizasiyanın inkişafında yeni bir fürsət kimi qiymətləndirilir.

0.01957106590271