Müxalifət liderlərinə “Başlarını kəsəcəyik” deyən şəxs həbs edildi (VİDEO)

Müxalifət liderlərinə “Başlarını kəsəcəyik” deyən şəxs həbs edildi (VİDEO)
 

Batman bölgəsinin Respublika Prokurorluğu şəhərdəki seçkilərlə bağlı küçə müsahibəsində bəzi müxalifət partiyalarının ünvanına hədələyici ifadələr işlədən şübhəli İ.C.K haqqında istintaq başladıb. 

Türkiyə mətbuatı xəbər verir ki, aparılan araşdırmalar daxilində şübhəli İ.C.K saxlanılıb. 

Saxlanılan şəxs barəsində polis əməliyyatları davam edir.

Hür Dava Partisinin (HÜDA PAR) prokurorluğuna verdiyi yazılı açıqlamada İ.C.K-nın onların partiyası ilə heç bir əlaqəsinin olmadığını bildirilib:

"Martın 29-da Batmanda çəkildiyi iddia edilən küçə müsahibəsində deyilən sözləri heç bir şəkildə qəbuledilməz hesab edirik. Video yayıldıqdan sonra həmin şəxsi partiyamızla əlaqələndirmək çirkin və ucuz qavrayış əməliyyatıdır".

Bildirək ki, Batman bölgəsindəki küçə müsahibələrinin birində cihada hazır olduqlarını deyən şəxs “Mən bu itlərə, ateistlərə, kafirlərə səs vermirəm. Biz dövlət adamlarıyıq. Ərdoğana toxunsalar, başlarını kəsəcəyik. Biz cihada hazırıq. Onlar kafirdirlər. Kılıçdaroğlu kimdir? Akşener kimdir? Bunlar hamısı yəhudi toxumlarıdır, erməni toxumlarıdır. Biz cihada hazırıq, onların başını da kəsəcəyik”- deyə bildirmişdi.

 

Ayxan 

 
0.021670818328857