Putin Türkiyəyə gedə biləcəkmi? -Dadaş Əhmədli
Putin Türkiyəyə gedə biləcəkmi?
Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Belarus Respublikası ərazisində taktiki nüvə silahının yerləşdirilməsi perspektivlərini müzakirə edib. Təhlükəsizlik Şurasının katibi bu qərarın effektivliyinə şübhə ilə yanaşdığını bildirib. Onun fikrincə, Lukaşenko Rusiyada cüzi siyasi böhran baş verərsə, sanksiyaların ləğvi üçün Belarus Respublikası ərazisində yerləşən taktiki nüvə silahlarını Avropa və ya ABŞ-la “mübadilə etməyə” tələsəcək. Patruşev dediyi kimi: "Lukaşenkonun nüvə silahlarının könüllü təslim etməsi bir ay cəkəcək". Putin əvvəlki mövqeyində qalıb və Belarus Respublikası ərazisində nüvə silahının yerləşdirilməsi ilə bu cür davranışı NATO-nun genişlənməsinə və Ukraynaya Qərb silahlarının verilməsinə cavab olaraq “yaxşı” addım hesab edir. Bu nüvə silahları ilk növbədə Putinin həqiqətən, nifrət etdiyi Polşaya yönələcək.
Yaxın vaxtlarda Putin Türkiyəyə səfər etməyi planlaşdırır. Hazırda səfərə fəal hazırlıq gedir. Putin üçün Ərdoğanla görüş eyni vaxtda bir neçə məsələni həll etməlidir. Əsas mövzu Ərdoğanın Zelenskiyə təsir göstərərək, “adekvat şərtlərlə” danışıqlara keçməyə inandırması, danışıqların proloqu isə münaqişənin dondurulması olmalıdır. İstənilən “Minsk-3” və ya “İstanbul-1” Rusiya prezidentini qane edir, o vaxta qədər ki, atəşkəs əldə olunacaq və rus qoşunlarına “özünə gəlmək” və sonrakı hərbi əməliyyatlar üçün qüvvə və vasitələrdəki boşluqları doldurmaq imkanı veriləcək.
Bir sıra ikinci dərəcəli məsələlər də var ki, Putin Ərdoğana Ermənistana təzyiq və Azərbaycan-İran sərhədində gərginliyin azaldılması kimi müzakirə və həll yollarını təklif etməyə hazırdır, lakin Putinə ilk növbədə Ukraynada cəbhəni “dondurmaq” lazımdır. Bunun üçün o, Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı verdikdən sonra risk etməyə və Ərdoğanın zəmanəti ilə Rusiyanın sərhədlərini tərk etməyə hazırdır. Çindən çoxdan gözlənilən hərbi və siyasi yardımı almayan Putin üçün Türkiyə son ümid yeridir, sadəcə olaraq, Rusiya prezidentinin güvənəcəyi səviyyəli başqa vasitəçi yoxdur. Hərbi rəhbərliyin Rusiya qoşunlarının işğal olunmuş əraziləri qoruya bilmə qabiliyyətinə dair təminatlarına baxmayaraq, Putin Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı həm rus qoşunlarının mövqelərini qoruma qabiliyyətini, həm də prezidentin özünün fikrincə, Rusiya qoşunlarının mövqelərini qoruyacaqları barədə hərbi rəhbərliyin “dəyərsiz” vədini sınamamağa üstünlük verir.
"Paralel.az"