“Səyyar qəbul otağı” bu dəfə Qax sakinlərinin ixtiyarında olub - FOTO

“Səyyar qəbul otağı” bu dəfə Qax sakinlərinin ixtiyarında olub - FOTO
 

 

Vətəndaşların qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərin operativ həllinə xidmət edən “Açıq mikrofon” aksiyası növbəti dəfə Qax rayonunda təşkil olunub.

"Paralel.az" xəbər verir ki, sakinlər “Səyyar qəbul otağı”nın imkanlarından yararlanmaq üçün mikrofon önünə keçərək üzləşdikləri çətinliklərdən söz açıblar.

Ünvanlanan müraciətlər əsasən küçə qaz xəttinin çəkilişi, qapı keçidinin quraşdırılması, fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub.

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin məsul şəxsləri aksiyaya üz tutan hər bir vətəndaşın problemini dinləyib, ünvanlanan müraciətlərin aidiyyatı üzrə yönləndiriləcəyi ilə bağlı məlumat verilib.

0.015191078186035