Tədiyə balansında 9 milyard dollardan çox qalıq yaranıb

Tədiyə balansında 9 milyard dollardan çox qalıq yaranıb
 

Ötən ilin yekununda Azərbaycanın tədiyə balansının ümumi qalığı 9 milyard 375,1 milyon ABŞ dolları olub.

"Paralel.az" Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2021-ci il ilə müqayisədə 3 dəfə çoxdur.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 23 milyard 478,1 milyon ABŞ dollarlıq qalıq, maliyyə hesabındakı 12 milyard 485,2 milyon ABŞ dollarlıq kəsir, balanslaşdırıcı maddələr üzrə 1 milyard 617,8 milyon ABŞ dollarlıq kəsir hesabına formalaşıb.

0.01137900352478