Azərbaycanda bu avtomobillər bahalaşacaq

Azərbaycanda bu avtomobillər bahalaşacaq
 

Dünən Nazirlər Kabineti zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin məhdudlaşdırılacağı ilə bağlı qərarını açıqladı.

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərli sözügedən qərarı “Paralel.az”a şərh edib və bildirib ki, bu qərar avtomobil parkının yenilənməsinə və ekoloji vıəziyyətin yaxşılaşdırılmasına yönlənib:

“Çünki Azərbaycanda yaşı 10 ildən artıq olan avtomobillərin sayı həddindən artıq çoxdur. Son illər ərzində Gürcüstandan da ölkəmizə yararsız, ömrünü başa vurmuş, metallom daşınırdı. Bunun qarşısı qismən alınacaq”.

Ekspertin sözlərinə görə, bu qərar qarşıdan gələn yeni qərarı şərtləndirir: “Ola bilər ki, Azərbaycanda “Avro-5” ekoloji standartlarına keçidlə bağlı qərar qəbul edilsin. Hazırda ölkəmizdə “Avro-4” standartları tətbiq edilir”.

E. Cəfərli qərarın avtomobil bazarında qiymətlərə təsirini də şərh edib və “Qərardan sonra yay mövsümündə ikinci əl avtomobil bazarında köhnə avtomobillərin qiyməti 2% ətrafında yüksəlsə bilər, - deyə qeyd edib. 

 

0.034687995910645