Laçın qaçqını Prezidentə şikayət etdi - Dövlət Məşğulluq Agentliyinin Şəki Zaqatala Regional Məşğulluq idarəsindən

Laçın qaçqını Prezidentə şikayət etdi - Dövlət Məşğulluq Agentliyinin Şəki Zaqatala Regional Məşğulluq idarəsindən
 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə.

Surəti: Azərbaycan Respublikasının Daxili İslər Naziri Cənab Vilayət Eyvazova.

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə.

Surəti: Azərbaycan Respublikasının Dövlət Məşğulluq Agentliyinin İdarə Heyyətinin sədri Cənab Mustafa Abbasbəyliyə.

Şəki rayonu Yeni Çələbixan qəsəbəsində məskunlaşan, Laçın rayon sakini Abdullayev Əbdül Nurqələm oğlu tərəfindən

                  Ş İ K A Y Ə T

Bu şikayətimlə bir daha Sizə yazıb bildirirəm ki, Dövlət Məşğulluq Agentliyinin Şəki Zaqatala Regional Məşğulluq idarəsinin direktoru Abdulla Kərimovla bu mərkəzin şöbə müdiri İlham Mikayılov əlbir olaraq sadə vətəndaşlarla açıq-aşkar alver edir. Bu neqativ hallar haqda vətəndaşlar müraciət etdiyi halda, İlham Mikayılov bu haqlı müraciətləri hiyləgərcəsinə ört-basdır edir.

Məgər korrupsioner İlham Mikayılovu Dövlət Məşğulluq Agentliyi şöbə müdiri vəzifəsinə işə götürdüyü zaman müsahibə vaxtı ona tapşırıb ki, "get vətəndaşa yuxarıdan aşağı bax, rüşvət istə və yaxud get, vətəndaşa bildir ki, mən testdən keçib bu vəzifəyə onun üçün gəlmişəm ki, hiyləgər yollarla vətəndaşların hüquqlarını tapdalayıb süründürüm"!

Regional idarənin şöbə müdiri İlham Mikayılovun bu qədər arxayın şəkildə rüşvət alması, insanların hüquqlarını pozması sözsüz ki, test, imtahan məsələsilə bağlı deyil. Bu rüşvətxorun qanunsuz əməlləri haqda xalqın, cəmiyyətin, medianın harayına rəğmən dövlətin heç bir tədbir görülməməsi və onun yuxarı dairələr tərəfindən müdafiə olunması ilə sıx bağlıdır.

İlham Mikayılovun Şəki rayonunda fəaliyyət göstərən bir sıra dövlət  strukturlarının rəhbərlərilə sıx əlaqəsi var. Bu strukturlar arasında Şəki Rayon Prokurorluğunun və Şəki Məhkəməsi sədrinin adlarını qeyd edə bilərəm. Əgər İlham Mikayılov bu dövlət orqanları rəhbərlərindən arxayın olmasaydı, vətəndaşlara yuxarıdan aşağı baxa bilməz, rüşvətin adını belə tuta və kimdənsə almağa cürət etməzdi, insanlarla doğru və dürüst davranardı.
Onu da qeyd edim ki, mərkəz direktoru o qədər gözü kölgəlidir ki, tabeçiliyində olan şöbə müdirinin öhdəsindən gələ bilmir. Ona görə ki, onlar bir-birlərinə çirkli işlərlə bağlıdırlar. 

Xalq üçün çox maraqlıdır ki, saxta yolla vəzifəyə təyin edildiyi və rüşvətxorluqla məşğul olduğu şübhə doğurmayan İlham Mikayılovu hansı dövlət qurumu ifşa edib, tutduğu vəzifədən kənarlaşdıra biləcək?
Əhlaidə belə bir təsəvvür formalaşıb ki, şöbə müdiri rüşvətxor İlham Mikayılov yüksək vəzifəli himayədarları tərəfindən qorunur!

Sizlərdən xahiş edirəm, Şəki rayon Məşğulluq Mərkəzinin direktoru Abdulla Kərimova və Mərkəzin elmi ilə öyünərək vətəndaş hüquqlarını tapdalayan şöbə müdiri İlham Mikayılova layiq olduğu yeri göstərəsiniz.

Sonda ümid edirik ki, Sizə etdiyimiz bu müraciət havadan asılı qalmayacaq və tezliklə Şəki - Zaqatala regional Məşğulluq idarəsində qanunsuz hərəkətlərilə vətəndaşları dövlətdən narazı salan korrupsioner idarə və şöbə müdiri barədə ciddi tədbir görüləcəkdir.

Əmin edirəm ki, yaxın zamanda haqqında şikayət etdiyim rüşvətxorların qanunsuz əməlləri barədə geniş yazımı faktlarla Sizlərin diqqətinə çatdıracam.

Hörmətlə, Abdullayev Əbdül Nurqələm oğlu

Mobil: +994514345982

Aşağıdakı şəkil idarənin

direktoru Abdulla Kərimovundur...

0.10329008102417