Həyat - Kamalə Abiyeva

Həyat - Kamalə Abiyeva
 

İki şillən dördə döndü, ey həyat,
Niyə məni vurma ilə sınadın.
Nə verdinsə yarı böldün, ey həyat,.
Sən böldükcə mən özümü qınadım.

Ağrı üstə ağrı gəldi, topladım,
yaxşı nə var elə çıxdın ömrümdən.
Sevinc qəmə bərabərlik tapmadım.
sonda mənə nə qaldı ki, ömürdən?..

Tənliklərin elə çətin oldu ki,
bildiklərim köməyimə çatmadı.
Canım çıxdı, başım sındı, amma ki,
Məchulların qiymətini tapmadım.

"Paralel.az"

0.022716999053955