Su qıtlığı yoxsa möhtəkirlik?

Su qıtlığı yoxsa möhtəkirlik?
 

Azərbaycanın su ehtiyatları tələbatdan dəfələrlə çoxdur!

Son günlər sosial şəbəkələrin Azərbaycan bölməsində Kür çayının quruduğunu əks etdirən video-çarxlar yayaraq, "SOS" siqnalı verilir ki, guya sərhədlərimiz daxilindən axan ən böyük çay quruduğuna görə ölkədə su qıtlığı olacaq. Halbuki, hazırda Kürdə suyun səviyyəsi normadan  bir neçə santimetr aşağıdır.

Əvvəla qeyd etmək yerinə düşər ki, ölkədə kənd təsərrüfatına yararlı torpaqların suvarılmasında su qıtlığının yaşanması artıq on illiklərdir davam edir. Yəni bu yeni tendensiya deyil, köhnə köklü problemdir. Elə isə kimlər üçün bu problemi son vaxtlar qabardır?

Suala cavab axtarmazdan əvvəl qeyd edək ki, doğrudan da ölkəmizdə ilbəil su qıtlığı problemi şiddətlənir - Azərbaycanın həm transsərhəd (sərhəddən kənarda formalaşan), həm daxili su ehtiyatları yay aylarında kəskin azalır. Bu da əsasən iqlim dəyişikliyi ilə bağlıdır. Havalar əvvəlki illərə nisbətən isti keçdiyindən dağlara güclü qar əvəzinə güclü yağışlar yağır. Zirvələrdə temperatur yüksəldiyindən dağların ərimə xətti zirvəyə doğru irəliləyib. Nəticədə dağların yay fəslinə qalan su ehtiyatı azalıb.

Digər tərəfdən, regionun bütün ölkələri, o cümlədən Azərbaycan suvarılan torpaqlarının sahəsini genişləndirsə , kütləvi şəkildə müasir irriqasiya (suötürmə) suvarma sistemlərinə keçidi təmin edə bilmirlər. Regionda su hövzəsi bitişik olan Türkiyə, İran, Gürcüstan, Ermənistan Azərbaycan suvarılan kənd təsərrüfatına yararlı torpaqlarının 98 faizini hələ selləmə-suvarma üsulu ilə suvarır. Bu isə qlobal iqlim dəyişikliyi ilə əlaqədar su qıtlığının yaranması fonunda problemin bir qədər kəskinləşməsinə gətirib çıxarır. Azərbaycan isə regionda yerləşmə mövqeyinə görə çayların aşağı axarlarında bərqərar olduğu üçün bizdə su qıtlığı daha çox hiss edilir. Amma bu o demək deyil ki, Azərbaycanda su qıtlığının aradan qaldırılması mümkün deyil. Bu barədə bir qədər aşağıda yazacağiq, indi isə yuxrıdakı suala cavab tapmağa çalışaq.

Son zamanlar kənd təsərrüfatında artan oliqarxiya (məmur-fermerlər) dövlət inhisarçılığı (aqroparklar) onların həm suvarma suyu üzərində monopoliyasını formalaşdırıb. Bu isə qeyd etdiyimiz qəbildən olmayan, sıravi fermerlərin lokal narazılıqlarına səbəb olur. Son günlər bu narazılıqların təmərküzləşərək kütləvi etiraza səbəb olduğunu Saatlı rayonunda müşahidə etdik. Belə etiraz meyilləri bütün aran rayonlarında hiss edilməkdədir. Bunu hökumət hiss edir. Ona görə hökumətin dəstəyi ilə bir qrup sosial şəbəkə istifadəçilərı su qıtlığının əsil səbəbini pərdələmək, yalnız səbəb kimi caylarda suyun azalmasını qabartmaq məqsədi ilə fəaliyyətə keçiblər. Əslində isə Azərbaycanda su qıtlığı heç , müasir imkanlar çərçivəsində, fəlakət səviyyəsində deyil. Problemi aradan qaldırmaq üçün hökumət suyun idarəçiliyini su ehtiyatlarının yaradılmasını təmin etməlidir. Bu barədə bir qədər detallı yazmaq gərəkir.

İlkin olaraq qeyd edək ki, Azərbaycanın su ehtiyatları digər Qafqaz ölkələrinə nisbətən çox azdır. Qafqazın 310 milyon kub/m su ehtiyatının yalnız 32-33 milyon kub/m-i ölkəmizin payına düşür. Quraqlıq illərdə bu rəqəm 25 milyon kub/m-ə qədər azala bilir. Lakin dünya standartlarına görə hər bir milyon ha (hektar) torpaq sahəsini il ərzində selləmə-suvarma üsulu ilə normal suvarmaq üçün 7-8, müasir irriqasiya suvarma üsulu ilə suvarma üçün isə 3-4 milyon kub/m su kifayətdir. Azərbaycanda cəmi 4,6 milyon ha kənd təsərrüfatı təyinatlı torpaq var. Bunun yalnız 1,6 ha- suvarılan torpaqlar hesab edilir. Göründüyu kimi, ənənəvi suvarma şəraitində bizim su ehtiyatlarımızla azı 5, müasir üsullarla isə 8 milyon ha torpaq sahəsini suvarmaq mümkündür. Bu onu göstərir ki, bizim su ehtiyatlarımız bol olmasa da, kifayət qədərdir. Daha doğrusu, ehtiyatlarımiz əlimizdəki imkanlarla suvarma üçün gərəkən sudan ən azı 3-4 dəfə çoxdur. Sadəcə olaraq su ehtiyatlarımızı səmərəli şəkildə idarə edə bilmirik.

Mütəxəssislərin fikrincə, Azərbaycanda su qıtlığı qarşıdakı illərdə daha da kəskinləşəcək. Ola bilsin ki, 2050-ci ildə Kür çayı Xəzər dənizinə qədər gəlib çata bilməyəcək. Ona görə biz suya daha çox qənaət edən irriqasiya suvarma sistemlərinə kütləvi keçid etməliyik. Bunun üçün birinci növbədə ölkə ərazisində yerləşən 136 su anbarının tam gücü ilə işləməsini təmin etməli anbarların sayını 200-ə çatdırmaqla süni su ehtiyatlarımızın həcmini artırmalıyıq. Bunun ardınca suötrücü kanalları boru kəmərləri ilə əvəz etməliyik. Hazırda suötrücü kanallarda suvarma suyunun yarıdan çoxu buxarlanır süzülərək torpağa hopur. Bu həm su itkisinə səbəb olur, həm torpaqların şoranlaşmasını sürətləndirir. Bu isə ilbəil məhsuldarlığın azalamsına səbəb olur.

Digər tərəfdən, kənd təsərrüfatına o səviyyədə dövlət investisiyası qoyulmalıdır ki, hər bir fermerin müasir suvarma sistemləri almaq imkanları olsun. Müasir suvarma sistemləri suya olan tələbatı bir neçə dəfə aşağı salır, soranlaşmanı aradan qaldırmaqla məhsuldarlığın sabit saxlnmasını təmin edir.

Hazırda yuxarıda qeyd etdiyimiz problemlərin həlli üçun dövlətin kifayət qədər vəsaiti var. Əgər biz kənd təsərrüfatına qeyd etdiyimiz istiqamətlərdə səmərəli investisiya qoya bilsək, hər il kənd təsərrüfati məhsullarının idxalına xərclədiyimiz 2-3 milyard dollar valyutaya qənaət edə, üstəlik bu sahəni ölkəyə xarici valyuta gətirən iqtisadi bölməyə çevirə bilərik.

 

0.016836881637573