Düşmənlər Azərbaycanda terrora dəstək verir

Düşmənlər Azərbaycanda terrora dəstək verir
 

 Dövlətimizi terrorla sarsıtmağa çalışırlar

 Azərbaycanın iqtisadi hərbi potensialı artdıqca düşmən dövlətlər daha kəskin üsula - terrora əl atmağa məcbur olurlar. Bu ilin 3 ayı ərzində ölkəmizdə baş verən 2 bank soyğunçuluğu, martın 28- millət vəkili Fazil Mustafanın evinin qarşısında güllələnməsi, Tehranda səfirliyimizə edilən xain silahlı basqınından sonra ölkəmizdə baş verən ən ciddi terror hadisələridir. Azərbaycanda baş verən terror hadisələrinin, xüsusən Rusiya İranın ölkəmizdə geniş şəbəkə təşkil edən casusları tərəfindən törədilməsinə şübhələr çox olsa da, terrorun Azərbaycan, Rusiya İran arasında düşmənçiliyi qızışdırmaq istəyən üçüncü dövlətlər tərəfindən törədilmə ehtimalları mütləq nəzərdən qaçmamalıdır. Çünki regionda gərginliyin artmasını istəyən güclərin olduğunu unutmaq olmaz.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, RusiyaUkrayna müharibəsi fonunda Rusiyaya qarşı müharibə ocaqlarının sayını artırmaqda maraqlı olan Qərb Avropa ölkələri belə bir ocağın Cənubi Qafqazda yandırılması üçün əlverişli şərait olduğunu düşünürlər. Rusiyanın Ukraynaya yönəltdiyi hərbi gücün parçalanması Rusiyanın bir deyil, bir neçə istiqamətdə münaqişəyə cəlb olunması Qərb dövlətlərinin gündəliyindədir. Azərbaycanda törədilən terror banklara edilən silahlı basqınların təfərrüatı törədilmə səbəblərini buna görə müəyyən etmək o qədər asan deyil. Regionda baş verən mənfi proseslərin xronologiyası motivləri göstərir ki, Azərbaycana qarşı açıq hərbi təxribatlar törətməkdə ən çox maraqlı ölkələr Rusiya İrandır. Hər iki ölkə Ermənistanın Qərb dövlətlərinin nəzarətinə keçməməsi üçün onun nazı ilə oynamaq məcburiyyətindədir. Amma Ermənistanın maraqlarını təmin etməklə, onu regionda oyuncaq kimi saxlamaq naminə Rusiya İranın Azərbaycanı hədəfə almasına qətiyyən imkan vermək olmaz.

Azərbaycana qarşı düşmən təxribat təhdidlərinin güclənməsinin bir səbəbini qardaş Türkiyədə keçiriləcək seçkilərlə bağlı olmasına şübhə etmirəm. Düşmən ölkələr Azərbaycan üzərinə hücumu gücləndirməklə, həm Azərbaycana Türkiyənin dəstəyinin azalmasından istifadə etməyə, həm Türkiyənin diqqətini Azərbaycana seçkilərə parçalanmaqla, AKP Ərdoğanın seçkiləri uduzmasına yardım etmək fikirindədirlər. Hazırda dünya güclərini daha çox narahat edən Türk Dövlətləri Təşkilatının təşkilatçısı rolunda çıxış edən Ərdoğanın seçkiləri uduzması dünya ağalarının ən vacib projelərindəndir. Dünya hegemonluğu üçün çarpışan ABŞ Avropa ölkələri, Çin Rusiya TDT-nın yaranmasını güclənməsini istəmirlər. Qərb Azərbaycanı Ermənistan qədər müdafiə etmir, sadəcə, Qərb Azərbaycana müvəqqəti olaraq Avropanı enerji ilə təmin edən mənbə kimi baxır.

2020-ci ildə Azərbaycanın Ermənistanı eləcədə himayədarlarını 44 gün ərzində ağır məğlubiyyətə uğratması dünyanın ölkəmizə qarşı münasibətini tam dəyişib. Məğlubiyyətlə barışacağını 30 il Ermənistanın Rusiya İran dövlətlərinin aşkar hərbi yardımı ilə işğal etdiyi torpaqlardan Azərbaycanın əl çəkəcəyini düşünən düşmən ölkələr səhv etdiklərini dərk etdilər. Azərbaycan ordusunun Ermənistanın işğal etdiyi torpaqlardakı hərbi birləşmələrini ağır şəkildə məğlub etməsi tək Ermənistanı deyil, onu himayə edən Rusiya, İran, Fransa digər düşmən dövlətləri sarsıtdı. Əslində Azərbaycan heç bir ölkənin ərazisini işğal etmədi, özünün işğal olunan topaqlarını azad etdi beləliklə, Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad olunması barədə BMT -nin 1993- ildə qəbul etdiyi 4 qətnaməni yerinə yetirdi.

Bildiyimiz kimi, Azərbaycan-Ermənistan münaqişəsinin əzəli memarı Rusiya bu dəfə işğal altında olan Azərbaycan torpaqlarının tam azad olunmasına imkan vermədi. Heç kəs unutmamalıdır ki, Rusiya Azərbaycan ordusunun zəfər yürüşünü dayandırmaq üçün hərbi provakasiyaya əl atdı, Rusiyaya məxsus hərbi helikopter Naxçıvanda sərhəddimizi pozdu, həmin helikopter sərhədçilərimiz tərəfindən vuruldu. Bunu bəhanə edən Rusiya Ermənistan ərazisində yerləşən 102-ci odusunu Azərbaycanın Qarabağ bölgəsinə, Xankəndinə yeritdi Xankəndini erməni quldurlarından təmizləmiş ordu hissələrimizi zorla oradan çıxardı. Məlum olduğu kimi, 2020-ci il noyabr ayının 10-da gecə Rusiya prezidenti V. Putinin müdaxiləsilə müharibənin dayandırılması barədə Rusiya, Azərbaycan Ermənistan arasında 9 maddədən ibarət üçtərəfli atəşkəs bəyanatı imzalandı, faktiki olaraq Qarabağı zorən işğal edən Rusiya hərbi kontingentisülhməramlıadı altında Azərbaycanı işğal etdı. Bununla da Azərbaycanın 3,5 min kv klometr ərazisi, 2 yüzdən çox yaşayış məntəqəsi Rusiya Ermənistan hərbi dəstələrinin nəzarəti altına keçdi. Həmin ərazilər son 2 il yarım ərzində Azərbaycan üçün təxribat mərkəzinə çevrilib. Rusiya Ermənistan imzaladığı üçlü bəyanatda üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmir, Ermənistan isə müxtəlif bəhanələrlə Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaqdan yayınır.

Bəli, düşmənlərimiz düz iki yüz ildir milli adət-ənənlərimizi unutdurmaq üçün millətimizin üzərində saysız-hesabsız əməliyyatlar aparıblar tam olmasa da, məqsədlərinə qismən nail olublar. Düz iki əsr öncə dövlətimizi millətimizi iki yerə parçalayıb Şimalda ruslaşdırmağa, Cənubda isə farslaşdırmağa çalışdılar, amma bacarmadılar. Dilinə, dininə, mədəniyyətinə, ədəbiyyatına, milliyyətinə əl qoydular. Şimalda ruslar türkləri baran (qoyun), Cənubda qalan çoxluğumuzu isə farslar xər (eşşək) adlandırdı. Bu siyasət İranda hazırda da davam etdirilir.

Düşmənlərimizin qeyd etdiyim etmədiyim milli kimliyimizdən uzaqlaşma arzusu ona görə tez baş tutdu ki, bu proseslərin dərin qatlara işləməsinin günahının əsasını özümüz təşkil etmişik. Bu ifadəm bəlkə çoxlarının xoşuna gəlməyəcək, çox acıdır, amma milli kimliyimizi qorumaq üçün tarixin müxtəlif vacib məqamlarında fədakar ola bilməmişik, bu, faktdır, inkar etmək mümkün deyil.

Qatı düşmənlərimiz ruslar farslar millətimizin özünə qayıtmaq istəyinə düşməsindən, müstəqillik uğrunda mübarizəyə başlayandan millətimizi əzmək, istismar etmək üçün torpaqlarımızda yaratdıqları oyuncaq Ermənistan vasitəsilə dövlətimizə millətimizə qarşı çirkin arzularını həyata keçirməyə çalışırlar. Təəssüf ki, bu şərəfsiz işdə sapı özümüzdən olan, tamah naminə düşmənə satılmış, milli xəyanətkarlar da az rol oynamayıb indi rol oynayırlar.

Düşmən milli xarakter tərbiyəmizə o dərəcədə nüfuz edib ki, öz müsbət milli keyfiyyətlərimizi az qala tamam itirmək təhlükəsilə üzləşmişik. Rüşvətxorluq kimi dünyanın ən çirkin əməlini milli genimizə düşmənlər elə yeridiblər ki, bu çirkin bəla artıq milli fəlakətə çevrilib. Bu fəlakət həm elə heyrətamiz formada inkişaf edir ki, millət çaş-baş qalıb, bir tərəfdən, rüşvətxorlar həbs olunur, digər digər tərəfdən isə ölkədə rüşvət korrupsiya şiddətlənir. Adətən xalq ölkədə mübarizə elan olunan rüşvət korrupsiyanın azalmasını gözlədiyi halda, çoxalmasına şiddətlənməsini seyr edir.

Düşünürəm ki, Azərbaycan xalqı bütün mövcud problemləri o zaman müsbət həll edə biləcək ki, yeni tələb çağırışlara cavab verə bilən yeni gənc nəsil yetişdirəcək. Müasir çağırışlara normal cavab vermək üçün dünyada innovativ, dürüst, azad müstəqil şəxslərdən ibarət gənc kadrların yetişdirilməsi tələb olunur. Azərbaycanda isə rüşvətxorluq korrupsiya mühiti hökm sürür. Belə mühitdən terrorist dövlətlər daha yaxşı istifadə edir, yeni çağırışlara cavab verə biləcək gənc nəsil yetişdirməyə imkan vermirlər.

Bu halda, ölkədə yaranmış mövcud durumla bağlı belə nəticəyə gəlirəm ki, milli problemlərin həlli ilk novbədə ölkədə terrorizmin inkişaf etməsinə şərait yaradan korrupsiya mühitini aradan qaldırmaqdan keçir. Mühiti dəyişmədən hazırkı vahim durumdan çıxmaq mümkün deyil. Buna görə , ilk olaraq bir-birinə bağlı olan iki problemin birini həll etmədən ölkəni bu durumdan çıxarmaq çətindir. Asan balıq tutmaq istəyənlər duru suyu bulandıqdıqları kimi, rüşvətxorlar korrupsionerlər öz şirkin məqsədlərini həyata keçirmək üçün ölkədə qarışıqlıq xaos yaratmağa çalışırlar. Bu zaman rüşvətxor korrupsionerlərlə terroristlərin ölkəmizin düşmənlərinin maraqlarına xidmət etməsi üçün əlverişli şərait yaranır.

Hazırda Azərbaycanda müxtəlif çətir altında fəaliyyət göstərən Rusiya İran dövlətlərinin geniş agentura şəbəkələri rüşvətxor korrupsioner, terrorist qruplarla birgə hərəkət edərək, ölkədə vətəndaş həmrəyliyinə zərbə vurmağa fokslanıblar. Beləliklə, xalq hökumətdən narazı salınır, xalqla hökumət arasında gərginlik güclənir. Cəmiyyətdə yaranan gərginlik tədricən bütün ictimai sosial sferaya, o cümlədən dövlətin təhlükəsizliyinin əsas sütunu sayılan orduya da sirayət edir. Bu da xarici düşmənlərə, xüsusən Ermənistan, Rusiya İrana hava su kimi lazımdır.

Son zamanlar Dövlət Təhlükəsizlik Xidmətinin digər təhlükəsizlik orqanlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində xarici cəsus şəbəkə üzvlərinin müəyyən edilib həbs olunması təqdirəlayiq haldır. Düzdür, bu əməliyyatlar nəticəsində xeyli casus zərərsizləşdirilsə , ölkəmizdə fəaliyyət göstərən xarici casus şəbəkələrinin tam zərərsizləşdirildiyini güman etmək mümkün deyil.

Xarici casus terror qruplarının fəaliyyətinə imkan verməmək üçün ölkədə yalnız dövlət orqanlarının məşğul olması kifayət deyil, bu mübarizəyə mütləq xalq qoşulmalıdır. O zaman ölkəmizin vətəndaşımızın həyatının təhlükəsizliyinin tam təmin olunmasına güvənmək olar.

Tapdıq Abbas

1.5916359424591