Demə-demə... - Mələk İsmayıl yazır...

Demə-demə... - Mələk İsmayıl yazır...
 


DEMƏ-DEMƏ.
Zəmanə dəyişib başqadır indi,
Amandı,olanı düz demə-demə.
Sözünə hörmət et,düşün dərindən,
Yarımçıq,qanmaza söz demə-demə.
Abrımız,həyamız gedibdir daha,
Güman da qalmayıb bu gün,sabaha.
Sözü ucuz alıb satırıq baha,
Yekəxana durub biz demə-demə.
Şeytan yolu gedir indi çoxları,
İtirib namusu,qeyrəti,arı.
Əyri yolla gedir,yığır pulları,
Hər addıma addım iz demə-demə.
Mələyəm,məqsədim,amalım belə,
Ömrümü,günümü vermirəm yelə.
Mələklər yazdırır,gətirdim dilə,
Hər ocağa ocaq köz demə-demə.

26.03.2023.
Mələk İsmayıl

Paralel.az

0.023583173751831