Bağçada aylıq ödənişə görə 2 yaşlı uşağı döydülər - FOTO - VİDEO

Bağçada aylıq ödənişə görə 2 yaşlı uşağı döydülər - FOTO - VİDEO
 

Azərbaycanda 2 yaşlı uşaq aylıq ödənişə görə bağça direktorunun müavini tərəfindən işgəncəyə məruz qalıb.

Bunu Sonxeber.az-a danışan Fidan İmaməliyeva bildirib.

O, qeyd edib ki, 2 yaşlı övladını "Şəhrizad" uşaq bağçasında qoyub:

"Bağçadakı sanitariya-epidemioloji vəziyyətin qeyri-qənətbəxş olması səbəbindən övladımı oradan çıxarmaq qərarına gəldim. Sonuncu gün direktor müavini məndən növbəti ayın ödənişini tələb etdi. Mən uşağı çıxaracağım üçün növbəti ayın ödənişini etməyəcəyimi söylədim. Aylıq ödənşi vermədiyimə görə uşağı bağçaya buraxmayıb, çöldə ac saxlayıblar. Zəng edib məndən təcili uşağı bağçadan götürməyimi tələb etdi. Əks təqdirdə uşağı taksiyə mindirib, iş yerimə göndərəcəkləri ilə hədələdi. Mən onlara elədikləri hərəkətlərin qanun pozuntusu olduğunu söylədikdən 2 saatdan sonra uşağıma bağçaya daxil olmağa icazə veriblər. 6 saatdan sonra uşağımı götürməyə gedəndə üzündə xəsarət izləri vardı. Onlar mənə uşağın yuxulu olub, yıxıldığını söylədilər. Mənə göstərdikləri videoda isə heç bir yıxılma və zədələnmə faktı yoxdur. Uşağımın başına gətirilənlərə görə nə bağça direktoru, nə də işçilər məndən üzr istəmədilər. Əksinə mənə söylədilər ki, sizə dedik ki, gəlin uşağı vaxtında götürün. Uşağımın başına gələnlərə görə bağça direktoru və işçiləri məsuliyyət daşıyır. Sosial şəbəkələrdə onların bu hərəkətini tənqid etdiyimə görə bağça direktoru məni məhkəməyə verib. Tələb edir ki, mən ona təzminat ödəyib, üzr istəyim. Sizdən xahiş edirəm ki, bu insanların qanunla cəzalandırılması üçün mənə kömək edəsiniz".


Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Aysel Yusifqızı

Azərbaycanda bağçada aylıq ödənişə görə 2 yaşlı uşağı döydülər - FOTO - VİDEOAzərbaycanda bağçada aylıq ödənişə görə 2 yaşlı uşağı döydülər - FOTO - VİDEOAzərbaycanda bağçada aylıq ödənişə görə 2 yaşlı uşağı döydülər - FOTO - VİDEO


Sonxeber.az

0.019881963729858