Qulu Məhərrəmli yazır...
ELM GÜNÜ MÜNASİBƏTİLƏ BÜTÜN FƏDAKAR ELM-TƏHSİL İŞÇİLƏRİNİ TƏBRİK EDİRƏM!
Və burasını da deyim ki, müstəqillik dövründə elm ən çox zərər çəkən sahələrdən biridir. Bunun əsas səbəbi elm təşkilatçılığının zəifləməsi, maliyyənin azalması, elmsiz, amma fərasətli adamların bu sahədə çoxalıb önə çıxması, bu səbəbdən psevdo akademik və professorların artması, həqiqi alimlərin ölkədən getməsi, buradakı istedadlara şəraitin yaradılmaması, onların stimullaşdırılmamasıdır. Tətbiqi elmlərlə müqayisədə humanitar sahədə vəziyyət daha acınacaqlıdır.
Bu səbəbdən indi bizdə Xudu Məmmədov, Azad Mirzəcanzadə, Cəlal Allahverdiyev, Arif Babayev, Bəhram Əsgərov kimi alimlər az-az yetişir. Amma nə yaxşı ki hələ Şahlar Əsgərov, Rasim Əliquliyev, İlham Əhmədov, Rafiq Əliyev, Arif Səlimov, Azər Kərimov kimi dəyərli alimlərimiz və bu sahədə ümid verən gənclərimiz vardır.
Bütün ləyaqətli elm adamlarına sevgi və uğurlar!
"Paralel.az"