Kamal Sunalın oğlu haqqındakı iddialara cavab verdi - FOTO

Kamal Sunalın oğlu haqqındakı iddialara cavab verdi - FOTO
 

“Show TV”də yayımlanan “Güldür Güldür” proqramının aparıcısı Türkiyəli məşhur aktyor Kamal Sunalın oğlu Əli Sunalın efirdən getdiyi iddia edilirdi.

Ölkə.Az xəbər verir ki, buna səbəb onun “Güldür güldür” əyləncə proqramında zəlzələ ilə bağlı tənqidi çıxış etməsi olub.

Tvitterin Türkiyə seqmentində Əli Sunalın “ShowTV” ilə münasibətlərinin korlanması və buna görə kanaldan ayrılacağı ilə bağlı məlumatlar paylaşılıb.

Məşhur aktyor sosial şəbəkə hesabında iddialarla bağlı açıqlama paylaşıb:

“Mənim kanaldan ayrıldığım barədə əsassız məlumatlar yayılıb. Biz heç yerə getmirik, heç kimdə bizə get demir. Bir parçası olmaqdan qürur duyduğum kanalımızda verilişimizə davam edirik”,- deyə o qeyd edib.

Xatırladaq ki, 6 fevralda Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələdən sonra Ə.Sunal efirdə “Artıq normal həyata dönə bilməyəcəyik. Bundan sonra normal olan bütün məsul şəxslərdən vətəndaş olaraq hesab sormaqdır” sözləri ilə diqqət çəkmişdi.

Günay

0.016362905502319