Təhsildə marketinq tədqiqatları niyə aparılmır? 

 

Təhsildə marketinq tədqiqatları niyə aparılmır?  
 

TƏHSİLDƏ MARKETİNQ TƏDQİQATLARI NİYƏ APARILMIR?

Dos. İLHAM ƏHMƏDOV

Ali məktəblərə tələbə qəbulu planı əmək bazarının inkişaf perspektivləri ilə əlaqəlidir. Sovet dönəmində planlı iqtisadiyyat olduğu üçün bu işi planlaşdırmaq və proqnozlaşdırmaq mümkün idi. Müstəqillik illərində, bazar münasibətləri şəraitində bu sahədə ciddi problemlər yarandı. Məsələn, ölkədə pedaqoji kadrlara heç bir ehtiyac olmadığı halda 12 il əvvəl AMİ onun12 filialının açılması buna bariz nümunədir, bu addımın təhsil sisteminə vurduğu zərbə, hələ uzun illər özünü göstərəcəkdir. 

Yaxın illərdə universitetlərə tələbə qəbulu planının75000-ə çatdırılması zərurəti hansı tədqiqatlara əsaslanır? İqtisadiyyatımızın strukturu bu kadrların məşğulluğunu təmin edə biləckmi? Bu plan ixtisaslar  universitetlər arasında hansısa reallığa əsaslanaraq bölünəcək yoxsa, kor -təbii bölünəcək? Hansı yeni ixtisaslar açılacaq buna hazırlıq işləri aparılıbmı? Universitetlərin maddi texniki kadr resursları buplan artımını qarşılamağa hazırdımı?

Əmək bazarının real vəziyyəti inkişaf proqnozu, ali təhsil xidmətləri bazarının tədqiqi inkişaf perspektivləri, sahələr üzrə mütəxəssislərə olan təlabatın proqnozlaşdırılması v.s. problemlər təhsildə marketinq tədqiqatlarının aparılmasına ciddi ehtiyacın olduğunu göstərir. Bu günə qədər təhsildə marketinq tədqiqatlarının aparılmaması səbəbi ilə bu qədər cavabsız suallar yaranır.

Bəzi həmkarlar düşünür ki, "Ali təhsil haqqında qanun"un qəbulu universitetlərdəki bütün problemləri həll edəcək. ... Heç dəyişməyəcək. Kim edəcək bu dəyişiklikləri? 9 aydır 2 agentliyi yarada bilmirlər. Bu"peşəkar" komanda ali təhsildəki problemləri heç aydın təsəvvür etmir, dəyişə bilərlər? 2009-da "TəhsilQanunu" (T.Q.) qəbul edildi. Bu 14 ildə dəyişdi ki? Ölkədə qanunlar çox vaxt elə kağız üzərində qalır. "Təhsil Qanunu" nda təhsil formalarından biri kimi distant təhsil qeyd edilib. 14 ildə niyə distant təhsili yaratmadılar? Hətta pandemiya da bunlara dərs olmadı.

Dəyişiklik qanunlardan çox, strategiyalardan, konsepsiyalardan, yol xəritələrindən asılıdır. Onları isə hazırlamaq lazımdır. Bu strategiyalar olsaydı elə T.Q. da kifayət idi onların reallaşdırılmasına.

Bu mənada təhsildə marketiq tədqiqatlarının aparılmasının təhsilə aid qanunlara aidiyyatı azdır. Bu işlək təhsil mexanizminin yaradılması və səmərəli fəaliyyəti üçün lazımdır. ETN bu barədə düşünür?

"Paralel.az"

0.069200038909912