"Mən hər şeyi yazmıram, məsələn, yazmıram ki..." - Coşqun müəllim

 

4 yanvar - Dağ kəndində daha bir dərs günü bitir, mən aşağı enməyə hazırlaşıram. Kəndin bir az rahatlıq tapacağın, bir az kədərli səssizliyini itlərin hürüşməsi pozur. Yorğunam. Amma bu gündən necə zövq aldım, təsəvvür eləməzsiniz...
Yeni ilin ilk günlərində kəndə getdik. Dostların verdiyi hədiyyələri çatdırdıq, dərs keçdik. Burada mənə çoxlu tərif yazılanda həmişə onları xatırlayıb utanıram. Çünki xeyli köməyimə çatıblar. Adlarını bir dəfə çəkməmişəm. Heç istəməyiblər də. Emin, Ləman, Səbuhi, Ruziyə, Sevda, Nurxanım, Vüqar, Aynurə, Günay, Ülkər, Gültəkin, Samir, Asif, Mirvari, Samirə, Gülnar, Elman, Vəfa, Kənan, Səməd, Hicran, Fidan, Cavid, Bəhruz, Fariz, Anar, Zeyd, Ramil, Elşad, Vüsalə, Şəbnəm... Gözəl-gözəl insanlar... Hamısını bağrıma basıram...
Yenə bir ildən çoxdur bizim Şabranın Qazbabalı kəndinə səfərləri çəkən, film hazırlayan iki jurnalist dostumuz gəlmişdi. Onlar çox şey göstərəcəklər. Film yaxın günlərdə hazır olacaq. Mən hər şeyi yazmıram. Məsələn, yazmıram ki, bilik verməyə çalışdığım uşaqlardan birinin pis qidalanmaqdan dişləri çıxmır...
Mən yenə gedəcəm. Çəkmələri yuyub hazırlamışam...

"Paralel.az"

0.017786026000977