TƏCNİS - Şahlar Hacıyev

TƏCNİS - Şahlar Hacıyev
 

 

Dedilər zaval yox əsla halala,
Üzülməz, olmasa haram, incələr.
Haram hallanarkən, halı hal ala,
Halal baxdı hala, haram incələr!?

İzzəti görkəmə ,boya çəkdilər,
Adını dastana , boya çəkdilər.
Qaramat ərkana boya çəkdilər,
Yarandı şövkətli haram incələr.

Dünyanın urvatı ələyə qaldı..
Ələk də ələyə- ələyə qaldı.
Bir nakəs min oldu- Fələyə qaldı
İxtisar olacaq hara mincələr ?!

Yolçunun xəyalı gedirkən ara,
Hər yolu, ərkanı gedərkən ara!
Yolun tərsə dönər, gedər kənara,
Üstünə quldurun , haramin gələr.

Harda rifah quldur, dərd- qəm, yas, ağa,
Yol varmı getməyə sola, ya sağa?!
Şahların mehrini salan yasağa,
Halından suç arar, haram incələr.

"Paralel.az"

0.10020089149475