Abid Qafarovun qazamatdan qurtulmasını Ali Məhkəmənin qərarı diqtə edir

Abid Qafarovun qazamatdan qurtulmasını Ali Məhkəmənin qərarı diqtə edir
 

Abid Qafarovun qazamatdan qurtulmasını Ali Məhkəmənin qərarı diqtə edir.

Bakı Apellyasiya Məhkəməsi işə yenidən baxanadək Abid bəy azad oluna bilər.

Ali Məhkəmənin 16 fevral 2023-cü il tarixli qərarı ilə Bakı Birlik Təşkilatının sədri, tanınmış jurnalist, yazıçı, hüquq müdafiəçisi, ictimai xadim Abid Qafarovun barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Xatırladırıq ki, Yasamal məhkəməsinin (hakim Rauf Daşdəmirov ) sifarişlə çıxardığı 13.07.2022-ci il tarixli qərarla Abid Qafarov  təhqir sayılmayan və ümumi xarakterli işlədilən  “müti” sözünə görə  1 il həbs cəzasına məhkum edilib və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası bu saxta qərarı qüvvədə saxlayıb.

Ali Məhkəmənin Cinayət Kollegiyasının aşağı instansiyanın qərarını ləğv etməsindən artıq 35 gün keçir. Hələ də Bakı Apellyasiya Məhkəməsi işə yenidən baxmağa tələsmir. Fikrimizcə, işə yenidən baxılana kimi qanunsuz məhkum olunan şəxsin barəsində həbs tədbirini ev dustaqlığı , başqa yerə getməmək haqqında alternativ tədbirlərlə əvəz etmək olar. Yoxsa, işə yenidən baxılana kimi əsassız həbs müddəti də başa çatar. Yəqin vəkillər vəsatət veriblər.

Bu gün Ramazan ayının ilk günüdür. Abid Qafarov elə gözəl, inanclı, Allahın sevdiyi bəndələrdəndir ki, harada olmasından asılı olmayaraq nurlu çöhrəsi, ziyalı söhbətləri daim insanları haqqa, işığa səsləyir. Bəlkə elə buna görədir ki, bu gecə -niyyət gecəsində yuxuma Abid Qafarovun üzlərini görmədiklərim valideynləri girib. Yuxum çin olaydı, Abid Qafarov bu günlərdə azad olunaydı kaş!

Məğrur Bədəlsoy

1-ci dərəcəli Qarabağ əlili, Qarabağ qazilərinin Abid Qafarovun hüquqlarını müdafiə komitəsinin sədri

Paralel.az

0.1176769733429