Vahid Qazidən maraqlı paylaşım - Biz də təbrik edirik!

Vahid Qazidən maraqlı paylaşım - Biz də təbrik edirik!
 

Vahid Qazi öz "Facebook" səhifəsində ömür pillələrini təsvir edən, fərqli yaşlarında çəkilmiş maraqlı şəkillər paylaşıb. 

"Paralel.az" həmin paylaşımı təqdim edir.

"Bu güzgüdən üzümə
Neçə cür üzlər baxıb.
İlahi, o üzlərin
Hansı mənimdi axı?"

İnşa yazılarından çox vaxt 5/5 alırdım. Biri qramatikaya, biri də məzmuna görə verilirdi. 55-i haqlayanda adamın ağlına qəribə fikir gəlir – istəyir elə ömür yazısından da 5/5 ala. Birini səhvsiz, o birini məzmunlu ömür yaşadığına görə verələr. Amma olurmu ömürbillah səhvsiz, hələ üstəlik mənalı ömür sürmək? Bütöv ömrü demirəm, heç olmasa bircə döngəsini? Olursa, ömrün hansı çağı-döngəsidir o? Bilsəydi, şair Tanrısına yuxarıdakı sualı verərdimi?

Təbrik yazan, zəng edən qohumlar, dostlar, dünya sizinlə gözəldir, ömür anlamını sizdən alır. 5/5-lik ömür arzusuyla mən də sizin Novruz bayramınızı təbrik edirəm. Çox sağ olun!

 

0.067430019378662