Qadınlara qarşı soyğunçuluq edən şəxs tutuldu

Qadınlara qarşı soyğunçuluq edən şəxs tutuldu
 

Paytaxtın Xətai rayonunda naməlum şəxs bankomatlardan birindən pul çıxaran qadını izləyərək Yeni Günəşli qəsəbəsində ona qarşı soyğunçuluq etməyə cəhd göstərib.

DİN-dən “Paralel.az ”a verilən məlumata görə, zərərçəkən izahatında hadisə zamanı həmin şəxsin onun içərisində 3 min manat olan çantanı ələ keçirmək istədiyini amma yaranan səs-küy nəticəsində onun cinayəti sona çatdırmadan ərazidən uzaqlaşdığını bildirib.

Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən “isti” izlərlə keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Orxan İsgəndərov təkrar cinayət etmək məqsədilə “Əhmədli” metrosu yaxınlığındakı bankomatı müşahidə edərkən saxlanılıb. Bununla da onun növbəti dəfə cinayət hadisəsi törətməsinin qarşısı alınıb. Orxan İsgəndərovun paytaxt ərazisində başqa bu kimi cinayətlər törətdiyi istisna olunmur. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Faktla bağlı 33-cü Polis Bölməsində  toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün  Suraxanı Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

0.050837993621826