Naxçıvanda onmilyonlarla manat yeyintidə ittiham olunan məmurların həbs müddəti uzadıldı

Naxçıvanda onmilyonlarla manat yeyintidə ittiham olunan məmurların həbs müddəti uzadıldı
 

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Naxçıvan Dövlət Gömrük Komitəsinin şöbə rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun həbs müddətləri uzadılıb.

APA xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə təqsirləndirilən şəxslər Əsgərov Mənsur Turan oğlu və Əliyev Rafael Rza oğlunun həbsdə saxlama müddətlərinin uzadılması barədə istintaq orqanının vəsatətlərinə Səbail Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin qərarı ilə Rafael Əliyev və Mənsur Əsgərovun həbsdə saxlama müddətləri 3 ay uzadılıb.

Qeyd edək ki, M.Əsgərov 132 milyon manat, R.Əliyev isə 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilirlər.

0.022387027740479