Fərda efirdə pul yığılmasından danışdı

Fərda efirdə pul yığılmasından danışdı
 

Aktyor Fərda Xudaverdiyev oğlu Raula canlı yayımda kiçik toy etməsi ilə bağlı xəbərlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Paralel.az xəbər verir ki, ATV kanalında yayımlanan "7 canlı" verilişində aparıcı Vüsalə Əlizadə Fərdanın həmkarlarından və şou əhlindən ekranda nümayiş olunan hesab nömrəsinə pul göndərmələrini xahiş edib. Bu da izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Fərda Xudaverdiyev yazılanlarla bağlı fikirlərini Paralel.az -la bölüşüb. O, efirə gedərkən hər şeydən xəbərsiz olduğunu bildirib:

“Mənim o şoudan və s. xəbərim olmayıb. Sadəcə ad günü olduğuna görə, oğlumla efirə getmişdim. Onu “7 canlı” kollektivi düşünmüşdü. Efirə baxmadan fikir bildirənlər başqa bir aləmdirlər. Heç nədən xəbərləri olmadan sadəcə başlığa baxıb şərh yazanların fikrinə də hörmətlə yanaşıram, amma yaxşı olardı ki, baxsınlar. Mənim ümumiyyətlə, heç nədən xəbərim olmayıb. Hətta orada uşağa sünnət toyu üçün nəzərdə tutulan paltardan da geyindirmişdilər, kreslo və s. qoymuşdular. Kartla bağlı da dəfələrlə dedim ki, məni dilə-dişə salmayın. Sonradan da Vüsalə xanım özü də qeyd elədi ki, bu, sadəcə zarafat idi. 

Gündəlik şoudur. O şounun da bir parçası olmaqda nə var? Niyə əylənmirsiniz? Yazırlar yazsınlar. Mən onların qələmini necə saxlayım, gözlərini necə bağlayım? Sadəcə məsləhət bilirəm ki, xəbərləri başdan-ayağa oxusunlar. Bu fikir məndən, yoxsa televizyadan gəlib. Ümumiyyətlə, bu kimin fikri idi, qarşı tərəfin münasibəti necə oldu ona baxmaq lazımdır”.

 

0.018566131591797