Qardaş Türkiyəyə edilən yardımdan oğurlayan rəhbər şəxslər cəzalanmalıdır

Qardaş Türkiyəyə edilən yardımdan oğurlayan rəhbər şəxslər cəzalanmalıdır
 

06 fevral 203-cü il tarixdə Türkiyənin 11 rayonunda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələnin vurduğu dərin yaraların sağalmasına dünyanın çox sayda dövlətləri yardım göstərdi.

Bu ölkələr arasında Azərbaycan ön sırada yer aldı və çətin məqamda qardaş qardaşa nə etməlidirsə, Azərbaycan da Türkiyəyə o cür, hərtərəfli yardım etdi.

Xalqımız, ölkə prezidenti və Birinci vitse prezident yardımların tez zamanda ünvanına çatması üçün lazım olan operativliyi yüksək səviyyədə təmin etdilər.

Lakin son zamanlar Türkiyəyə göstərilən maddi qardaşlıq yardımı kompaniyasından şəxsi qazanc məqsədilə istifadə edən bir sıra məmurların eybəcər, insan ləyaqətinə sığmayan müdhiş xoşagəlməz hallar cəmiyyətdə tədricən üzə çıxır.

Əhalidən daxil olan məlumatlar və media üzərindən apardığımız araşdırma nəticəsində məlum olur ki, ölkənin əksər idarə, təşkilat, müəssisə və rayonlarında rəhbər vəzifə daşıyan bəzi şəxslər rəhbərlik etdiyi təşkilatda işçilərdən yığılan pulun bir hissəsini mənimsəyib.

Yardım üçün işçilərdən toplanan pulu yarıqat edən rayonlar arasında adı ən çox çəkilən Yasamal (icra başçısı Elşad Həsənov), Suraxanı (icra başçısı Əziz Əzizov), Beyləqan (icra başçısı Asif Ağayev), Ağcabədi (icra başçısı Rafael Hüseynov), İmişli (icra başçısı Elçin Rzayev) rayonlarıdır.

Beyləqanda Mərkəzi Xəstəxanada (direktor Nurəngiz Bəşirovadır) 200-dən çox həkimdən, 500 nəfər tibb bacısından, 50 nəfər mühafizə işçisindən, 300 nəfər xadimə və texniki işçilərdən 40 min manatdan çox yardım toplansa da, direktor yığıncaqda MX-in həkim və tibbi heyətində Türkiyəyə yardım üçün 17 min manat yardım göndərildiyi vurğulanıb.

İdarədə çalışan işçilərdən aldığımız məlumata görə, Beyləqan Məişət Xidməti Kombinatında (müdiri Arzu Bındəliyevdir) çalışan 2 yüz nəfərə yaxın işçi və qulluqçu, 265 nəfər sosial işə cəlb olunmuşlardan 30 min manatdan çox pul toplansa da, Türkiyəyə bundan 3 dəfə çox az yardım edilib.

Beyləqanda baş verən bu cür oğurluq, mənimsəmə halları ölkənin adı yuxarıda çəkilən rayonlarında geniş yayılıb.

Xalq hesab edir ki, DTX və Baş Prokurorluq Türkiyəyə yardım üçün təşkilatlarda işçi və qulluqçulardan yığılmış pulun nəticəsi yoxlanmalı və mənimsəyə yol vermiş rəhbər şəxslər barədə qanunauyğun müvafiq cəza tədbiri görməlidir

Abbas

0.018608093261719