Hindistan 8,52 milyard dollar dəyərində silah alır

Hindistan 8,52 milyard dollar dəyərində silah alır
 

Hindistanın müdafiə naziri Rajnath Sinqhin sədrlik etdiyi Müdafiə Təchizat Şurası Silahlı Qüvvələrin bütün növləri üçün 705,84 milyard rupi (8,52 milyard ABŞ dolları - Red) dəyərində hərbi texnika və silahların alınmasını təsdiqləyib.

Paralel.az ” xəbər verir ki, bu barədə Hindistan Hərbi Departamentinin mətbuat xidməti məlumat yayıb.

Alınan silahların 98,9%-i Hindistan istehsalıdır.

Satınalmalara 307 ədəd yedəkli 155 mm-lik artilleriya sistemi, Hindistan-Rusiya birgə müəssisəsi olan “BrahMos Airspace” tərəfindən istehsal edilən 200 ədəd dənizdən buraxılan səsdən sürətli “BrahMos” qanadlı raketi, “Su-30MKI” qırıcıları və elektron döyüş təyyarələri üçün yüksək dəqiqlikli silahlar daxildir.

0.013926029205322