"Paşinyan Ermənistanı regional “Baxmut”a çevirir"

 
“Gürcüstanın baş naziri İrakli Qaribaşvili sensasion bəyanatla çıxış edərək ölkədə sabitliyi pozmaqda əsas məqsədin Rusiyaya qarşı ikinci cəbhə açmaq olduğunu qeyd edib. Qaribaşvilinin fikrincə, Gürcüstan “məşq poliqonuna çevriləcək” və ölkə “ikinci Mariupol” olacaq. Gürcüstan hələ də müqavimət göstərir, ümid edək ki, gürcü cəmiyyəti dözümlülük nümayiş etdirəcək”.
 
“Paralel.az ” xəbər verir ki, bunu Alternativ Layihələr qrupunun eksperti Vahe Ovanesyan öz Teleqram kanalında yazıb.
 
O, Gürcüstandakı vəziyyətlə Ermənistanda Paşinyan hakimiyyətinin yürütdüyü siyasətlə paralellik apararaq qeyd edib:
 
“Tanış səhnə deyilmi? Ən azı ötən ilin oktyabr-noyabr aylarından Ermənistan eyni istiqamətdə irəliləyir.
KTMT ilə bağlı demarşlar, Rusiyanın Ermənistandakı mövcudluğunu “təhlükəsizliyimizi təhdid edən amil” kimi səciyyələndirən, Qərbdən turist müşahidəçilərinin cəlb edilməsi və s. hamısı eyni ssenaridir.
Ermənistan regional “Baxmut” olmaq yolundadır. Çünki bəziləri hakimiyyəti saxlamağın yeganə yolunu bunda görür”.
 
Ermənistanda ziddiyyətli durumun yarandığını qeyd edən Ovanesyan buna səbəb iqtidarın dağıdıcı fəaliyyətlə məşğul olmasını, müxalifət meydanının passivliyini, bacarıqsızlığını göstərib.
 
O hesab edir ki, vəziyyəti dəyişmək üçün potensial olsa da, vaxt amili yetərincə olmadığından proseslərə neqativ təsir göstərir.
0.030685186386108