Ağsu RİH -in Qarabağ qazisinin torpağında uşaq bağçası biznesi çöküb
İcra başçısının Heydər Əliyev fondunun vəsaiti ilə tikdiyi bağçaya uşaq qoyan tapılmır
“Danabaş” kəndinin “başdanaları” ...
Ağsu rayonu , Pirhəsənli kəndinin yeganə 1-ci dərəcəli zabit Qarabağ qazisinin 22 il istifadəsində olan torpaq sahəsini Ağsu RİH başçısının, Pirhəsənli kənd icra nümayəndəliyinin və bələdiyyəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mütəşəkkil cinayətkar dəstə şəklində saxta sənədlə ələ keçirib uşaq bağçası biznesinə çevirmələrindən media bilgi verib. Ağsu RİH -in Qarabağ qazisinə “diqqət və qayğısı” o həddə olub ki, “Torpaq islahatı haqqında” qanunun 19-cu maddəsinə uyğun olaraq dövlətdən iki pay, bələdiyyədən bir dəfə pulsuz torpaq sahəsi almaq hüququnu da tanımaqdan imtina edib. Əksinə, 1-ci dərəcəli savaş əlilinin 1997-ci ildən istifadəsində olan torpaq sahəsi 2019-cu ildə icra başçısının uşaq bağçası biznesinə ayrılıb. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun tələbinə görə isə, icra hakimiyyəti orqanlarının bələdiyyə torpaqlarına sərəncam vermək hüququ yoxdur. Bu müstəsna hüquq bələdiyyəyə məxsusdur. Və Pirhəsənli bələdiyyəsi də bu müstəsna hüququndan yararlanıb, MƏHZ kəndin yeganə torpaq sahəsi ayrılmayan yeganə 1-ci dərəcəli Qarabağ qazisinin torpağını icra hakimiyyətinə ayırıb! (??) Özbaşınalığı göz önünə gətirə bilirsiniz?
Ədliyyə Nazirliyinin Göyçay regional ədliyyə idarəsinin reaksiyası öncə torpaqayırma sənədinin qanunsuzluğu olsa da, sonradan torpağın icra hakimiyyətinə ayrılmasının bələdiyyənin müstəsna hüququ kimi sırıması olub. Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzinin rəhbərliyi isə daha irəli gedərək, Ədliyyə Nazirliyinin torpaq sahəsi ayrılması hüququnun olmadığını bildirib. (?). Bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqanın özbaşınalığına baxın, Ədliyyə Nazirliyinin bələdiyyələrin torpaq alverinə qarışmaq hüququ yoxdur! (??)
Nə prokuror nəzarəti, nə Ombudsman araçılığı , nə də məhkəmə qaydasında torpağına yiyələnə bilməyən Qarabağ əlili 1-ci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti, xanım Mehriban Əliyevaya müraciət etmək zorunda qalıb . Nədən Ağsu RİH 1-ci dərəcəli Qarabağ qazisinin torpağını uşaq bağçası biznesinə çevirməsini Heydər Əliyev fondunun vəsaiti ilə gerçəkləşdirib. Özbaşınalığı göz önünə gətirin, Heydər Əliyev fondunun sosial proqramlarından icra başçıları rüşvət -korrupsiya amacı ilə yararlanırlar. Halbuki, Heydər Əliyev fondundan illərlə Ağsu RİH -ə 1-ci dərəcəli Qarabağ qazisinə torpağından istifadəsi üçün maddi - hüquqi yardım göstərilməsini tapşırılıb və RİH illərlə vəsaitinin olmadığını (məktubla) bildirib. Və sonda Heydər Əliyev fondunun vəsaitini şəxsi məqsədləri üçün xərcləyib. Nə qədər kənddə uşaq bağçası biznesinin səmərəsiz olduğu bildirilsə də, “danabaş” kəndinin “başdanaları” “danabaşlıqdan” əl çəkməyiblər. Bu da sonuc !
4 ildən sonra Ağsu RİH -in Pirhəsənli kəndindəki uşaq bağçası biznesi çöküb. Nədən 60 yerlik uşaq bağçasına indiyədək bir nəfər də olsun uşaq qoyan yoxdur. Uşaq var ki, bağçaya da qoysunlar? !Lap uşaq tapıldı, pul var ki, RİH başçısının biznesinə verilsin? Belə “danabaşlıq”la “danabaş” kəndində yalnız “başdana”(lar) tapmaq olar.
ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN, MİRZƏ CƏLİL!
Məğrur Bədəlsoy
Paralel.az