Eynşteyn prezident olmaqdan necə imtina etdi

Eynşteyn prezident olmaqdan necə imtina etdi
 

Qalib ARİF:
Deməli, İsrail 1948-ci il mayın 14-də özünün müstəqilliyini elan edib, 1949-cu ildən BMT-nin üzvüdür. İsrailin 1-ci prezidenti 1949 – 52-ci illərdə məşhur kimyaçı alim, Ümumdünya Sionist Təşkilatının prezidenti Xaim Veysman olub. 1952-ci ilə Xaim Veysmanın ölümündən sonra İsrailin baş naziri David Ben-Qurion (müsəlman əsillidir!) Xarici İşlər Nazirliyinə yeni prezidentin namizədliyini (Məclis seçir) təklif edib. İsrailin ABŞ-dakı səfiri ölkəsinin baş nazirinin təlimatı ilə Nobel mükafatı lauriatı, məşhur alim Albert Eynşteynə məktub yazaraq, İsrail dövlətinin 2-ci prezidenti olmağı üçün rəsmi təklif göndərib. 

Məktubda Eynşteynin təklifi qəbul edəcəyi təqdirdə İsraildə elmi işlərini davam etdirməsi üçün ona hər cür şəraitin yaradılacağı da xüsusi olaraq vurğulanırdı. İsrail parlamentli respublika idi, prezident əsasən təmsilçilik missiyasını həyata keçirirdi. Albert Eynşteyn də İsraildə elmin, təhsilin inkişafı üçün böyük işlər görmüşdü. Məşhur psixoloq Ziqmund Freydlə birlikdə İsraildə Qüds Universitetinin açılması üçün əlindən gələni etmiş, hətta maliyyə dəstəyi göstərmişdi. Bir müddət bu Universitetdə məruzələr də oxumuşdu. Onu tarixi Vətəni sayılan İsraildə yaxşı tanıyırdılar və çox sevirdilər.

Eynşteynin İsrailin baş naziri Ben-Qurionla (aşağıdakı şəkildə - Q.A) yaxın dostluq münasibətləri vardı və ona hazırda bütün dünyada məşhur olan cavab məktubu yazdı. Məktub qısa və lakonik idi :”Mən İsrail dövlətinin təklifinə ürəkdən sevinirəm və çox məmnunam. Amma cətinliklə və ürək ağrısı ilə bu təklifə “yox” deməyə məcburam”. Alim məktubunda deyirdi ki, mən həyatım boyu elmi tədqiqatlarla məşğul olmuşam, amma kiçik bir təşkilatın da rəhbəri olmamışam. “Mənim nəinki dövlət idarəçiliyi, hətta insanlarla iş sahəsində də kifayət qədər təcrübəm yoxdur. Hesab edirəm və əminəm ki, İsrailin özündə prezident vəzifəsini ləyaqətlə və bacarıqla həyata keçirəcək kifayət qədər layiqli namizəd var. Sizə uğurlar arzulayıram”...
Paralel.az

0.069373846054077