Təyyarə qəzaya uğradı: Ölənlər var - VİDEO

Təyyarə qəzaya uğradı: Ölənlər var - VİDEO
 

İsraildə Negev səhrasında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir kişi və bir qadın həlak olub.

"Paralel.az" xəbər verir ki, təyyarə yerli vaxtla 09:44-də magistral yola eniş etmək istəyərkən qəzaya uğrayıb. Sözügedən magistral Qüdsdən şimala və cənuba aparır.

Qüdsün cənubunda yerləşən Beer-Şeva şəhərinin xilasediciləri qəza yerinə yola düşüblər.

Təyyarə yerə çırpıldıqdan sonra alışıb, göyərtəsində olan kişi və qadın yerindəcə ölüb.

Artıq yanğın söndürülüb./oxu.az

0.050022125244141