20 yaşlı gənc "iPhone"a görə adam bıçaqladı - VİDEO

20 yaşlı gənc
 

Hindistanda gənc oğlan “iPhone”a görə adam bıçaqlayıb.

Paralel.az xəbər verir ki, hadisə fevralın 11-i baş verib.

Belə ki, onlayn “iPhone” telefonu sifariş edən 20 yaşlı Hemant Dutta gələn kuryeri bıçaqlayaraq öldürüb.

Hadisə polislərin Ançkoppal dəmir yolu stansiyasının yaxınlığında yanmış meyit tapması ilə üzə çıxıb. 

Araşdırma zamanı məlum olub ki, telefonu gətirən 23 yaşlı kuryer Duttadan 46 min rupi tələb edib. 20 yaşlı gənc isə pulu olmadığı üçün kuryeri bıçaqlayıb.

H. Dutta nəşi 4 gün evində saxladıqdan sonra dəmir yolu stansiyasına apararaq yandırıb.

Polis qatili təhlükəsizlik kamerası görüntülərini izləyərək yaxalayıb.

Günay

0.020872116088867