Misir piramidalarının ən böyüyündə gizli koridor kəşf edildi - FOTO

Misir piramidalarının ən böyüyündə gizli koridor kəşf edildi - FOTO
 

Misirin Qahirə şəhərinin ətrafında, Cizə platosunda yerləşən Xeops ehramında (Böyük Giza piramidası) əsas girişin üzərində gizli dəhliz kəşf edilib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, 9 metr uzunluğunda, 2.1 metr enindəki koridor endoskopik kameralarla görüntülənib.

Səlahiyyətli şəxslər dəhlizin piramidanın hələ kəşf edilməmiş başqa bir otağına çıxış olduğunu və ya piramidamnın girişindəki təzyiqi azaltmaq məqsədilə tikilmiş ola biləcəyini düşünür.

Məlumata görə, dəhliz ilk dəfə 2016-cı ildə xüsusi üsulla təsbit edilib.

Əldə edilən kamera görüntüləri bir neçə gün əvvəl mətbuat konfransında ictimaiyyətə təqdim olunub.

Rəsmilər koridorun altında və ya sonunda nə olduğunu görmək üçün axtarışlara davam edəcəklərini açıqlayıblar.

Qeyd edək ki, 146 metr hündürlüyündəki böyük piramida e.ə 2609-cu ildən e.ə 2584-cü ilə qədər hakimiyyətdə olan Misir fironu Xeops tərəfindən tikdirilib.
Dünyanın ən böyük və tarixi tikililərindən olan piramidanın necə tikilməsi ilə bağlı hələ də dəqiq məlumat yoxdur.

 

0.010004043579102