Azərbaycan Respublikası mədəniyyət nazirinə müavin təyin edildi

Azərbaycan Respublikası mədəniyyət nazirinə müavin təyin edildi
 

Azərbaycan Respublikası mədəniyyət nazirinə müavin təyin edilib.
Paralel.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Səadət Vidadi qızı Yusifova Azərbaycan mədəniyyət nazirinin müavini təyin olunub.

Prezident İlham Əliyevin sərəncamına əsasən Səadət Vidadi qızı Yusifova Azərbaycan mədəniyyət nazirinə müavin təyin edilib.
Səadət Yusifova 1974-cü ildə anadan olub. 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müəllimi, Azərbaycan Hüquqşünaslari Konfederasiyasının İdarə Heyətinin üzvüdür. Hüquq üzrə fəlsəfə doktorudur.
Səadət Yusifova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində, həmçinin Administrasiyanın Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.
Səadət Yusifova 2013-cü ildə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə medalla da təltif olunub. O, Prezidentin 27 iyun 2013-cü il tarixli fərmanı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

0.041701078414917