İran şahının oğlu Münhen konfransına niyə dəvət olundu?

İran şahının oğlu Münhen konfransına niyə dəvət olundu?
 

Siracəddin Hacı:
ABŞ və Avropa İran molla diktaturasını sıxışdırır, onu nüvə silahı proqramından imtinaya məcbur etmək üçün bu vasitələri seçir:
- Molla diktaturasının təmsilçilərini Münhen konfransına dəvət etmir, deyir ki, siz azadlığın, ədalətin təmsilçisi deyilsiniz, öz xalqınıza zülm edirsiniz;
- Yasaqları gücləndirir;
- Təkid edir ki, nüvə proqramından əl çək;
- Rusiyaya hərbi yardım göstərmə;
- Şahın oğlunun Münhen konfransına dəvəti ABŞ və Avropanın molla diktaturasının üstündən xətt çəkdiklərini göstərir, deyirlər ki, alternativin var, bu rejim gedəcək;
- Şahzadənin dəvəti ABŞ və Avropanın İrana indiki baxışını ifadə edir: İranın dağılmasını deyil, rejimin dəyişməsini istəyirlər, onlar üçün sünni müsəlmanlarla şiə müsəlmanlar arasındakı ziddiyyətlərdən yararlanmaq əsasdır, buna görə də İran güclü, bütöv qalmalıdır, İranın parçalanması sünni müsəlmanların yaşadığı dövlətlərə təsir imkanlarını azaldar. Onlar ikiüzlü davranırlar, molla diktaturasının yerinə başqa bir diktatura – monarxiya təklif edirlər, daha öncə də Fransa prezidenti molla diktaturasına müxalif olan monarxiya tərəfdarlarını qəbul etmişdi, təbii ki, siyasətdə sabit mövqe olmur, mübarizə, mənafelər siyasi baxışı dəyişdirər;
- Şahzadənin dəvəti molla diktaturasına get, gedəcəksən mesajıdır, göz dağı verməkdir;
- Bu dəvət İran xalqını rejimə qarşı mübarizəyə cəsarətləndirmək məqsədi daşıyır;
- ABŞ və Avropa İran xalqının şahın oğluna münasibətini yoxlayır;
- Deyirəm ki, İranın taleyini müəyyən edəcək əsas güc ABŞ və Avropa deyil, bu ölkədə yaşayan xalqlar olacaq, xalqlar öz haqları uğrunda mübarizə etsələr, münasibət də dəyişəcək;
- İran molla diktaturası gec-tez nüvə silahı proqramından imtina edəcək, bir sıra başqa məsələlərdə ciddi güzəştlərə gedəcək ki, yasaqlardan qurtulsun, rejimi və ölkəni xilas etsin. Bu, mümkün olacaqmı? Cavabı mübarizənin gücü verəcək;

Paralel.az

0.051670074462891