Kamran müəllim yazır... -FOTO

Kamran müəllim yazır... -FOTO
 

Elm və Təhsil Nazirliyi sertifikasiya imtahanında müəllimlərin bəzi sözləri düzgün yaza bilmədiyinə onları qınamış və hətta savadsız adlandırmışdı.

Hörmətli Elm və Təhsil naziri hətta dəfələrlə demişdi ki, görün uşaqlarımıza kim dərs deyir. Əlavə edirdi ki, razı olarsınızmı övladınıza sözün düzgün yazılışını bilməyən müəllimlər dərs desin?

Dünya bumeranqdır. Dünən Elm və Təhsil Nazirliyi Fənn olimpiadası keçirib. Ədəbiyyat fənnindən təqdim olunmuş H. Cavidin əsərinin adını "İblis" yerinə "İlbis" yazıblar.

İmtahan suallarını bir insan yoxlamır. O sualı tərtib edən, korrektə edən rahat otaqda çayını içə-içə sualları yoxlayır. Amma müəllimlər İmtahanda gərgin şəraitdə, kompüter qarşısında az vaxtda imtahan verirlər. Əlbəttə ki, yaşlı müəllimlər bu şəraitdə diqqətsizliyə yol verə bilər.

İndi maraqlıdır, belə diqqətsiz, savadsız şəxslər uşaqlarımızın təhsilini idarə edə bilərmi?

Bu savadsızlar səhv edə bilər, müəllim səhv edəndə olmaz?

Hələ B - variantında HAQQ-ƏDALƏT sözü niyə böyük hərflərlə yazılıb?

Fənn olimpiadasını təhlil edirəm, çox ciddi qüsurlar var. Paylaşıram yavaş-yavaş.

Savadsızların əlində qalmışıq da.

"Paralel.az"

0.082519054412842