SABİQ REKTOR, DOSENTİN ONA CADU ETDİYİNİ DEYİR
SABİQ REKTOR, DOSENTİN ONA CADU ETDİYİNİ DEYİR
"İblis nədir? - Cümlə xəyanətlərə bais.
Ya hər kəsə xain olan insan nədir? - İblis."
(H.Cavid)
Həqiqi təhqiqatlar başlasa, gör, altdan-altdan iş çevirən, rüşvətə, korrupsiyaya qurşanıb millətin təhsilini, idrakını, mənəviyyatını cibinə qurban edən, ölkəni daxildən dağıdan antimilli rektorlar və onların cinayət ortaqları nələr söyləcəklər?!
Gör, ali təhsilin başında elmi dərəcəli, titullu hansı təfəkkür sahibləri dayanır? Boşluqlardan düşməncəsinə yararlanan, xalqı və dövləti saymayan, özünü səfehliyə qoyub dağıdıcıqla məşğul olan belələri ilə nəyə nail olmaq olar?! Total bəlaya düşməyimizin səbəbini izah etməyə ehtiyac qalırmı?!
Mətbuat xəbər verir ki, Bakı Slavyan Universitetinin vəzifəli şəxslərinin işi ilə bağlı Bakı Ağır Cinayətlər məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs Durdanə Əliyeva BSU-nun sabiq rektoru, elmlər doktoru, professor Nurlana Əliyevanı ittiham edib. O qeyd edib ki, etdiyi cinayətləri təkbaşına etməyib və onunla bərabər sabiq rektor Nurlana Əliyeva da məsulliyətə cəlb olunmalıdır.
Qeyd olunur ki, bir neçə dəfə məhkəmə çağırışlarına məhəl qoymayan Nurlana Əliyeva prosesə getmədiyi üçün onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Professor Nurlana Əliyeva dosent Dürdanə Əliyevanın ona cadu etdiyini söyləyib (!!!). Sabiq rektor cadunun təsirindən çıxa bilmədiyini, hətta xəstəlik tapdığını da dilə gətirib...
"Yarəb, bu nə dəhşət, nə fəlakət?
İblisəmi uymuş bəşəriyyət!?"
(H.Cavid)
Professor İdris Abbasov
"Paralel.az"