Ərəstun Oruclu yazır...
CNN telekanalı İranda həbs olunmuş etirazçılara qarşı ölkənin müxtəlif bölgələrində təşkil olunmuş gizli işgəncə məkanlarında tətbiq olunmuş vəhşiliklər haqda hesabat yayıb. Link şərhdə.
Hesabatı oxuyanda İran rejiminin kütbeyinliyinə mat qalmamaq mümkün deyil. 40-dək işgəncə məkanı təşkil olunub, yüzlərlə insana ağır işgəncələr tətbiq olunub, amma təsəvvür edin...
Təsəvvür edin, bu qədər adama işgəncə verəsən, amma kişiləri kütləvi şəkildə butulka və armaturla zorlamaq, onların cinsiyyət orqanlarına elektrik cərəyanı vermək ağlına gəlməyə.
Belə görünür, İran öz cəlladlarını təcili Azərbaycana ezam etməlidir ki, İlham Əliyevin himayə etdiyi Tərtər qatillərinin bu sahədəki qabaqcıl təcrübəsini öyrənsinlər, yoxsa adam kimi işgəncə də verə bilmirlər.
Bunun üçün ilk növbədə Tərtər qətliamı zamanı tətbiq olunmuş işgəncə metodlarını təcili potentləşdirmək lazımdır ki, bizim kimi cəngəllik ölkələr tərəfindən plagiatın qarşısını zamanında almaq mümkün olsun.
Sarkazm bir yana, amma təsəvvür edirsiniz, Tərtər qətliamının detalları dünyaya agah olanda (bu da tezliklə baş verəcək) ölkə kimi Azərbaycana və onun həmin cinayəti törətmiş hakimiyyətinə dünyada necə baxacaqlar?!