Münhen Təhlükəsizlik Konfransında olkəmiz nə qazandı?
Qeyd edək ki, Munhen Təh-lükəsizlik Konfransının əsas missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir.
MTK əsas konfransla yanaşı, həm tədbir çərçivəsində, həm də il ərzində müxtəlif mövzularda və fərqli regionlarda mü-zakirlər təşkil edir. Builki Konfransın ilkin movzusu Trans-Atlantik və Avropa təhlükəsizliyi məsələləri olsa da, son illərdə qlobal əhəmiyyət kəsb edən mövzulara da yer ayrılır, coğrafi şaxələndirmə aparılır. Bir sözlə, Münhen Təh-lükəsizlik Konfransı hərtərəfli təhlükəsizlik konsepsiyasını ehtiva edir. Yəni, ənənəvi milli və hərbi təhlükəsizlik anlayışları ilə məhdudlaşmır, digər əhəmiyyət kəsb edən iqtisadi, ətraf mühit, humanitar sahələrə də yer ayırır.
Bəribaşdan bildirim ki, Azərbaycanı hər il Münhen Təhlukəsizlik Konfransına dəvət olunur, ölkə prezidenti yuksək səviyyədə təmsil edir, olkəmizin təhlukəsizlik məsələlərini yuksək kürsüdən səsləndirir. Çox təəssuf ki, hakimiyyətyönümlü siyasi quvvələr, media Münhen Təhlukəsizlik Konfransında Azərbaycanın böyuk qələbəsindən danışır, halbuki Mün-hendə döyuş, yarış getmir ki, orada kimsə qalib və yaxud məglub olsun. Burada hər bir ölkə rəhbəri, nümayəndəsi ölkəsinin təhlukəsizlik məsələsini masaya qoyur. Yaxud muxalif siyasi quvvələr isə ölkəmizin MTK-da çox ugursuz fəaliyyətindən bəhs edir. Halbuki burada heç bir ugursuz fəaliyyətdən danışmagın heç yeri yoxdur.
Əslində isə, Konfransda iştirak edən siyasilər Azərbaycan haqqında hərtərəfli bilgiyə malik olsalar da, olkə prezidenti dövlətimizin haqlı oldugunu əsaslı faktlar, beynəlxalq hüquq normalarına uygun arqumentlərlə təsbit edir. Konfrans iştirakçılarının çoxunun Ermənistana olan simpatiyalarının səbəbləri məlumdur. Qeyd edim ki, konfrans iştirakçılarının əksəriyyəti düşmən Ermənistanın işgalçılıgı barədə kifayət qədər məlumata malikdirlər. Amma xristian təəssübkeşliyinə görə, Azərbaycanın haqqını yox, dolayısı ilə Ermənistanın işgalçılıq siyasətinə dəstək verirlər.
Əgər Konfransın gedişinə diqqətlə fikir versək, ABŞ dovlət katibi Blinkenin iştirakı ilə keçən göruşdə İlham Əliyevlə Nikol Paşinyan arasında gedən dialoqda Azərbaycan prezidenti ölkəmizin mövqeyini inamlı, konkret faktlarla ortaya qoydu və hər kəsin diqqətinə çatdırdı. Paşinyan isə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyu ərazi iddiasını demokratiya, azad və ədalətli seçkilərlə neytrallaşdırmaga çalışsa da, o, məqsədinə nail olmadı.
Münhen Təhlükəsizlik Konfransının builki - sayca 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təh-lükəsizliyin ən aktual məsələləri müzakirə edildi.
Bildirək ki, builkı konfrans MTK-nın yeni sədri səfir Kristof Hoysqenin rəhbərliyi ilə təşkil edilmişdi və indiyədək keçirilmiş sessiyalarla müqayisədə iştirakçı sayına görə, ən irimiqyaslı olması ilə səciyyələnir. Prezident İlham Əliyevin də qatıldığı bu görüşə 800 nəfərdən çox iştirakçı rəsmi dəvət olunub. Konfransda Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak etdilər.
Ukraynada davam edən müharibənin birinci ildönümü ərəfəsində təşkil olunan 59-cu Konfransda Ukrayna mövzusunun aparıcı yer tutacağı barədə gözləntilər dogruldu. Bununla belə, Avropa və onun əsas tərəfdaşı olan Azərbaycan üçün hazırda aktual olan enerji təhlükəsizliyi, yaşıl enerji, Cənubi Qafqazda təhlükəsizlik kimi mövzuların, həmçinin "Qlobal Cənub"a daxil olan Afrika və Asiyanın üzləşdiyi müxtəlif problemlər də diqqət mərkəzində oldu.
Tədbirə yekun qiymət versək, belə nəticəyə gəlmək olar ki, Azərbaycan Münhen Təhlükəsizlik Konfransının ən fəal iştirakçısı kimi, ölkəmiz bu konfransda qarşısına qoydugu vəzifələri yerinə yetirdi. Azərbaycan MTK-nın illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Builki Mün-hen Təhlükəsizlik Konfransına dəvət olunmuş azsaylı dövlət başçılarından biri də Azərbaycan Prezidenti İlham Əliyevdir.
Münhen Təhlükəsizlik Konfransı dedikdə, Azərbaycan xalqının yaddaşına həmişəlik həkk olunmuş hadisə - 2020-ci ilin fevral ayında Konfrans çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın dövlət başçısı və Ermənistanın baş naziri arasında keçirilmiş canlı debat gəlir. Azərbaycan və Ermənistan rəhbərləri arasında tarixdə ilk və indiyə qədər yeganə canlı efir debatı olduğu üçün ona maraq da çox böyük idi.
Münhen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri N. Paşinyan həmişəki şakərinə sadiq qalaraq, olkəmizə qarşı yenə də provaksiya torətməyə çalışdı, amma Azərbaycan prezidentinin guclu movqeyilə qarşılaşaraq, geri çəkilməyə məcbur oldu. Bu hadisəni Ermənistanın baş nazirinin növbəti siyasi məğlubiyyəti də hesab etmək olar...