Qurani-Kərim zəlzələdən qoruyarmı?

Qurani-Kərim zəlzələdən qoruyarmı?
 

Siracəddin Hacı: 
- Xurafəçi, ağlını təriqətinə kirayə vermiş, iki daşın arasında təriqətinin saxta din anlayışını xilas etməyə çalışan din taciri deyir ki, dağıntıdan sağ çıxan bəbəkləri uçqunun altında qaldıqları günlərdə mələklər yedirtmişdir – elədirsə, mələklər uçqunun altında can verən, acından ölən o biri körpələrin qarnını niyə doyurmadı?;

-Xurafəçi deyir ki, evinizin qapısına mülkün gerçək sahibi Allahdır ayəsini yazsanız, zəlzələ sizə bir şey etməz – Türkiyənin zəlzələ olan ərazisi dindar bölgədir, demək olar ki, hər evdə içində bu ayənin də yazıldığı QURANİ-KƏRİM var – o halda, içində QURANİ-KƏRİM olan evlər niyə qorunmadı, içində namaz qılınan, QURANİ-KƏRİMLƏR olan, minarələrindən azanlar oxunan məscidlər niyə dağıldı?;

-Deyirəm ki, QURANİ-KƏRİM zəlzələdən qoruyar: QURANİ-KƏRİMİN hökmlərinə əməl etsəniz, işi - əmanəti əhlinə versəniz, binaları sağlam tiksəniz, məsuliyyətli olsanız, zəlzələ şüuruna yiyələnsəniz, qorunarsınız, itkiləriniz az olar; 

- QURANİ-KƏRİM zəlzələdən qoruyan KİTAB deyil, zəlzələyə davamlı binalar tikilməlidir anlayışına sahib, məsuliyyətli, vicdanlı insanlar inşa edən KİTABDIR;

Paralel.az

0.022177934646606