Qubada ölümlə nəticələnən yol qəzası baş verib

Qubada ölümlə nəticələnən yol qəzası baş verib
 


Hadisə Quba-Qonaqkənd yolunun Qam-Qam kənd ərazisindən keçən hissəsində baş verib.
"Paralel.az" xəbər verir ki, 2001-ci il təvəllüdlü Mustafayev Elvin İsrail oğlu idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən piyada 1976-cı il təvəllüdlü, Quba rayonu Qam-Qam kənd sakini Əliyev İntiqam Ziyəddin oğlunu vurub.
Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Quba RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb

0.013619899749756