Alen Simonyan: “İran və Rusiya öz maraqlarından çıxış edərək Ermənistana kömək ediblər”

Alen Simonyan: “İran və Rusiya öz maraqlarından çıxış edərək Ermənistana kömək ediblər”
 

“İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini bəyan edəndə bunu, ilk növbədə, özü üçün edir”.

"Report" "news.am"a istinadən xəbər verir ki, bunu parlamentin spikeri Alen Simonyan Milli Assambleyanın iclasında deyib.

Ermənistan parlamenti sədrinin sözlərinə görə, İranın Ermənistanı dəstəkləməsi ona olan böyük sevgidən irəli gəlmir.

"İran öz dövlət maraqlarından çıxış edərək silah satışını və daşınmasını həyata keçirir. Bu, Rusiyaya da aiddir. Sizcə, Rusiya öz maraqlarını bir kənara qoyaraq, "Biz erməniləri çox sevirik. Yaxşı konyakları var. Elə isə gəlin onlar üçün nəsə edək” deməlidir? Əlbəttə ki, yox. Bütün dövlətlərin, o cümlədən bizim də öz maraqlarımız var”, - Simonyan bildirib.

Parlamentin sədri əlavə edib ki, 30 il Qarabağ problemi ilə məşğul olan Ermənistan sonda müharibə ilə üz-üzə qaldı.

0.027677059173584